cavabında demişdir:
- Siyasətlə çoxdan məşğul oluram. Bilirsiniz ki, Ermənistan kimi, Azərbaycan da ötən ilin yanvarından
Avropa Şurasının üzvüdür və mənə Parlament Assambleyasında deputat qrupuna başçılıq etmək tapşırılmışdır.
Ona görə də biz burada Azərbaycan nümayəndə heyətinin fəaliyyətini, ilk növbədə, Azərbaycan haqqında, onun
problemləri, perspektivləri haqqında həqiqəti Avropa ictimaiyyətinin geniş dairələrinə çatdırmağa yönəltmişik
ki, Strasburqda olmağımızdan mənafelərimizi tam həcmdə irəlilətmək, Azərbaycanın istəklərinə nail olmaq
üçün istifadə edək.
- Siz növbəti prezident seçkilərində namizədliyinizin irəli sürüləcəyini istisna etmirsinizmi?
- Əvvəla, mən bunu istisna edirəm, ona görə ki, Prezident Heydər Əliyev 2003-cü ildə Azərbaycanda
növbəti prezident seçkilərində səsə qoyulacaqdır. Əminəm ki, o, Azərbaycan xalqının böyük əksəriyyətinin
səsini qazanacaqdır. Odur ki, bundan söhbət getmir. Prinsipcə isə, istənilən ölkənin hər bir siyasətçisi üçün
başlıcası onun ölkənin daxilindəki fəaliyyətidir. Ona görə də burada olmağımdan hansısa şöhrət qazanmaq üçün
istifadə etmək barədə düşünməyə vaxtım yoxdur.
Mənim Azərbaycanda həm Parlamentdə, həm Neft Şirkətində, həm də Milli Olirapiya Komitəsində, indi
burada, Avropa Şurasında o qədər vəzifələrim var ki, işlə məşğul olmaq lazımdır.
Dostları ilə paylaş: |