Bizdə erməni terrorçu təşkilatlarının Azərbaycanda törətdikləri əməllərin geniş siyahısı var. Çıxış üçün cəmi beş
dəqiqə ayrıldığına görə, mən bütün bu siyahını oxuya bilmədim. Amma bu siyahı var və o, müvafiq strukturlara
təqdim ediləcəkdir. 32 terror aktı, metroda partlayışlar, qatarlarda, avtobuslarda, gəmi-bərələrdə partlayışlar.
Bütün bunlar nəticəsində 2 min azərbaycanlı həlak olmuşdur. Bu, faktdır. Bunu burada, Avropa Şurasında da
bilməlidirlər. Biz buna son qoymaq, əhalimizi belə terror hərəkətlərinin təkrar olunmasından qorumaq istəyirik.
Ermənistan deputatlarının nə dedikləri, bin Ladenin kimə zəng vurduğu barədə suala mən artıq cavab
vermişəm. Lakin sizə də deyəcəyəm. O, bunu haradan götürübdür? Axı, heç bir informasiya yoxdur. ABŞ-ın
Azərbaycandakı səfirliyi belə yalan bəyanatdan sonra açıqlama vermişdir ki, onlarda bu cür faktlar yoxdur. Əgər
Ermənistan deputatının bin Ladenlə əlaqəsi varsa, onun telefon nömrəsini və kimə zəng vurduğunu bilirsə, qoy,
bu informasiyanı müvafiq xüsusi xidmət idarələrinə versin. Özünü ən azı siyasətçi hesab edən adama belə yalan
şeylər danışmaq yaraşmaz. Hər şey faktlara əsaslanmalıdır. Bizim sözlərimizdə yalan yoxdur. Biz real faktlara
əsaslanırıq. Real faktlar isə bundan ibarətdir ki, bu gün Dağlıq Qarabağ ərazisi nəzarətsiz zonadır.
Dostları ilə paylaş: