- Orada seçilmiş hakimiyyət var.
- Hansı hakimiyyət? Siz hansı hakimiyyəti nəzərdə tutursunuz?
Prezidenti, Parlamenti nəzərdə tuturam.
- Bu ərazidə heç bir qanun işləmir. Heç bir beynəlxalq təşkilat orada monitorinq keçirə bilmir, adi silahlar
haqqında müqavilə orada qüvvəyə malik deyil, oradakı tankların və hərbi texnikanın sayı Azərbaycanda və
Ermənistanda olduğundan xeyli çoxdur. Nəyə görə? Buna görə də o tanınmamışdır, yəni o, sanki dünyada
yoxdur, amma eyni zamanda o var və qeyri-sabitlik ocağıdır. Axı, siz heç bir erməninin heç vaxt yaşamadığı 7
rayonun işğal olunması faktını inkar etməyəcəksiniz. Siz bu suala cavab vermək istəmirsiniz? Mən isə burada
sizə bu sualı verirəm və cavab alıram ki, bəli, ərazi işğal edilmişdir, bir milyon insan çadırlarda yaşayır,
ərazimizin 20 faizi işğal olunmuşdur. Bəs Ermənistan nə deyir? Deyir ki, biz ərazini işğal etmişik və ona görə
də güc mövqeyindən danışırıq.
Dünya daha o dünya deyil, dünya dəyişmişdir. İndi güc mövqeyindən danışmaq mümkün deyildir, siz
mənim sözlərimi yadda saxlayın, Ermənistanın vəziyyəti getdikcə ağırlaşacaq, bu cür qəsbkarlıq siyasətini
aparmaq onun üçün daha çətin olacaqdır. Nə baş vermişdir? Əlbəttə, münaqişə nəticəsində Azərbaycan zərər
çəkmişdir. Rayonlar dağıdılmışdır, insanlar ağır şəraitdə yaşayırlar. Amma iqtisadi inkişafa dair beynəlxalq
statistikanı, ən başlıcası isə, Ermənistanla Azərbaycanın perspektivlərini müqayisə etsək, görərik ki, onların
arasında uçurum dərinləşir. İndi Azərbaycanın təkcə valyuta ehtiyatı 1 milyard dollardır.
Ermənistan əsasən diasporun və ABŞ Konqresinin yardımı hesabına dolanır. Əhalinizin yarısı köçüb
getmişdir. Bu, faktdır. Ermənistanda 1,5 milyon, Qarabağda 100 mindən az adam yaşayır və bu proses davam
edir. Bəs sonra nə olacaq? Bir şeyi başa düşün: Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Vaxt
ötəcək, onda gec olacaqdır. Bu gün Ermənistan regional layihələrdən tamamilə təcrid olunmuşdur. Bütün neft və
qaz kəmərlərinin çəkilməsi üçün iqtisadi cəhətdən ən sərfəli yol Ermənistandandır, amma bunlar oradan yan
keçir. Başqa regional layihələr də var. Bəs sonra nə? Siyasətçilər çox vaxt bugünkü məsələlərin həlli ilə məşğul
olurlar, halbuki, onların vəzifəsi öz xalqı barəsində çox-çox illər qabaqcadan düşünməkdən ibarətdir. Açığını
deyəcəyəm, sizdə perspektiv barədə düşünən siyasətçilər görmürəm.
Dostları ilə paylaş: |