- Siz Avropa Şurası Parlament Assambleyası sədrinin jurnalistlər haqqında dünənki bəyanatını necə şərh
edərdiniz?
-Bu gün Azərbaycanda müstəqil kütləvi informasiya vasitələri üçün hər cür şərait yaradılmışdır.
Müsahibədən əvvəl sizinlə söhbət edərkən soruşdum ki, Ermənistanda nə qədər qəzet çıxır? Dediniz ki, 6-7
qəzet. Bizdə isə 100-dən artıq gündəlik qəzet var və onlar əsasən müxtəlif siyasi dairələri təmsil edirlər.
Azərbaycanda senzura yoxdur, hər qəzet istədiyini yazır, heç kim onlara nəzarət etmir. Bəzən görürsən ki,
məmurlar haqqında məqalələr yazırlar və təbii ki, bu kimlərinsə xoşuna gəlmir. Buna görə də onlar qəzetləri
məhkəməyə verirlər. Məqalələrdə yoxlanılmamış faktlar, çox vaxt da böhtan xarakterli faktlar olduğundan
məhkəmə qəzetin əleyhinə qərar çıxarır. Bu, demokratik mexanizmdir, başqa mexanizm yoxdur. Buna görə də
indi Azərbaycanın kütləvi informasiya vasitələrində hansısa problemlərin olduğundan danışmaq, zənnimcə, əsla
düzgün olmazdı. Bir neçə özəl televiziya kanalı, çoxlu müxtəlif kütləvi informasiya vasitələri var.
Dostları ilə paylaş: |