Avropa şurasi (AŞ pa)


-  İlham müəllim, görünür, doğrudan da, "sapı özümüzdən olan baltaları" Azərbaycanın milli



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Avropa Şurası

-  İlham müəllim, görünür, doğrudan da, "sapı özümüzdən olan baltaları" Azərbaycanın milli 

maraqlarından daha çox öz şəxsi maraqları düşündürür. 

Azərbaycanın mənafeyinə  uyğun digər bir məqama toxunaq. Siz Avropa Şurası Parlament 

Assambleyasının iclasında çıxış edərkən, Amerika Birləşmiş  Ştatlarında törədilmiş terror aktı ilə bağlı 

Azərbaycanın mövqeyini açıqladınız. Ölkəmizin qətiyyətli mövqeyi Avropa Şurası kimi nüfuzlu beynəlxalq 

təşkilat şərəfindən necə qiymətləndirilir? 

-  Çox yüksək qiymətləndirilmişdir. Deyə bilərəm ki, mənim çıxışımdan  əvvəl də bu barədə, yəni 

Azərbaycanın mövqeyi haqqında burada - Avropa Şurasının deputatları arasında kifayət qədər məlumatlar var 

idi. Onlar bu məsələdən xəbərdar idilər ki, Azərbaycan birmənalı mövqeyini bildiribdir. Bilirsiniz ki, bizim 

ixtiyarımızda olan bütün vasitələri Amerika Birləşmiş  Ştatlarının istifadəsinə verməyə, ona əlimizdən gələn 

bütün yardımları etməyə hazır olduğumuz bildirilmişdir. Bu isə burada çox yüksək qiymətləndirilmişdir. 

Bilirsiniz, mən çıxışımda demişdim ki, indi həqiqət anıdır. İndi hər kəsin, hər ölkənin real mövqeyi üzə çıxır. 

Yəni əgər bu dəhşətli hadisələrdən sonra hansısa ölkələr öz mövqelərini açıq bildirmir, yaxud da ikibaşlı oyun 

oynayırlarsa, indi artıq dünyada belə bir siyasətə yer yoxdur. Hər bir ölkə açıq, aydın  şəkildə öz mövqeyini 

müəyyən etməlidir. Azərbaycan da bunu edib və deyə bilərəm ki, müxtəlif ölkələrdən olan deputatlar bizə öz 

təşəkkürlərini bildirirlər. Bizdən xahiş edirlər  ki, onların minnətdarlığını ölkəmizin başçısına çatdıraq ki, belə 

bir anda çox cəsarətli, çox düzgün addım atılıbdır. Amma eyni sözləri Ermənistana şamil etmək olmaz. Çünki 

Ermənistan bu günə qədər öz mövqeyini bildirməyibdir. Mən çıxışımda dedim ki, artıq ikibaşlı mövqe tutmaq 

mümkün deyildir. Hər bir ölkə öz mövqeyini bildirməlidir. Azərbaycan da mövqeyini bildirmişdir, bildirib və 

dediyim kimi, bu da burada çox müsbət qarşılanıbdır. 



- Avropa Şurasında ölkəmiz üçün əhəmiyyətli olan iki sənəd - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin Avropa Şurasında müzakirəsi, habelə qaçqın və köçkünlərin təhsil hüququ ilə bağlı sənədlər 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin