Avropa Şurası Parlament Assambleyasında Azərbaycan
parlamenti nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı
İlham Əliyevin Strasburqdan Azərbaycan televiziyasına birbaşa müsahibəsi
(26 sentyabr 2001-ci il)
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı,
MiIH Məclisin deputatı İlham Əliyev sentyabrın 26-da AŞ-ın iqamətgahından - Strasburqdan
Azərbaycan televiziyasına birbaşa müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim
edirik.
- İlham müəllim, axşamınız xeyir olsun.
- Axşamınız xeyir.
- Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasında
fəaliyyətini uğurla davam etdirir. Artıq bu barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc olunur.
Bir az əvvəl peyk rabitəsi vasitəsilə aldığımız kadrları Azərbaycan televiziyasının tamaşaçıları bütövlükdə
izlədilər. Nümayəndə heyətinin sualına cavab olaraq Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini dəstəklədiyini bir daha təsdiq etdi. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- Təşəkkür edirəm. Bəli, siz dediyiniz kimi, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdı.
Mən hesab edirəm ki, bu, çox mühüm bir hadisədir, bizim böyük uğurumuzdur. Çünki, bilirsiniz ki, Ermənistan
tərəfi həmişə hər iki prinsipi, yəni ərazi bütövlüyü prinsipini və xalqların öz müqəddəratını təyin etməsi
prinsipini qarşı-qarşıya qoyurdu. Belə bir mövqedən çıxış edirdilər ki, hər bir prinsip eyni dərəcədə dəyərlidir.
Avropa Şurası tərəfindən qəbul olunmuş sənəd isə bütün bu məsələlərə böyük aydınlıq gətirir. Yəni, xalqların öz
müqəddəratını təyinetməsi prinsipi yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Deməli, burada Azərbaycanın mövqeyi, ölkəmizin dəfələrlə bəyan etdiyi tələblər öz əksini tapır və beləliklə,
Azərbaycanın mövqeyi üstünlük qazanmış olur. Mən hesab edirəm ki, bu, çox böyük uğurdur və bundan sonra
müxtəlif səviyyələrdə danışıqlarda çox gözəl bir zəmin olacaq və danışıqlar prosesində öz rolunu oynayacaqdır.
Dostları ilə paylaş: