Avropa şurasi (AŞ pa)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   43   44   45   46   47   48   49   50   ...   60
Avropa Şurası

 

AzərTAc, 

«Xalq qəzeti» 

Strasburq, 

25 sentyabr 2001-ci il  

 



Avropa Şurası Parlament Assambleyasında Azərbaycan  

parlamenti nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı  

İlham Əliyevin Strasburqdan Azərbaycan televiziyasına birbaşa müsahibəsi 

(26 sentyabr 2001-ci il) 

 

Avropa  Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı, 

MiIH Məclisin deputatı  İlham  Əliyev sentyabrın 26-da AŞ-ın iqamətgahından  - Strasburqdan 

Azərbaycan televiziyasına birbaşa müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim 

edirik. 

- İlham müəllim, axşamınız xeyir olsun. 

Axşamınız xeyir. 

-  Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasında 

fəaliyyətini uğurla davam etdirir. Artıq bu barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc olunur. 

Bir az əvvəl peyk rabitəsi vasitəsilə aldığımız kadrları Azərbaycan televiziyasının tamaşaçıları bütövlükdə 

izlədilər. Nümayəndə heyətinin sualına cavab olaraq Avropa Şurası  Azərbaycanın  ərazi bütövlüyünü, 

suverenliyini dəstəklədiyini bir daha təsdiq etdi. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. 

Təşəkkür edirəm. Bəli, siz dediyiniz kimi, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdı. 

Mən hesab edirəm ki, bu, çox mühüm bir hadisədir, bizim böyük uğurumuzdur. Çünki, bilirsiniz ki,  Ermənistan 

tərəfi həmişə  hər iki prinsipi, yəni  ərazi bütövlüyü prinsipini və xalqların öz müqəddəratını  təyin etməsi 

prinsipini qarşı-qarşıya qoyurdu. Belə bir mövqedən çıxış edirdilər ki, hər bir prinsip eyni dərəcədə dəyərlidir. 

Avropa Şurası tərəfindən qəbul olunmuş sənəd isə bütün bu məsələlərə böyük aydınlıq gətirir. Yəni, xalqların öz 

müqəddəratını təyinetməsi prinsipi yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. 

Deməli, burada Azərbaycanın mövqeyi, ölkəmizin dəfələrlə  bəyan etdiyi tələblər öz əksini tapır və beləliklə, 

Azərbaycanın mövqeyi üstünlük qazanmış olur. Mən hesab edirəm ki, bu, çox böyük uğurdur və bundan sonra 

müxtəlif səviyyələrdə danışıqlarda çox gözəl bir zəmin olacaq və danışıqlar prosesində öz rolunu oynayacaqdır. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin