Avropa şurasi (AŞ pa)


Beynəlxalq Tribunala veriləcəkmi» sualına cavab verərkən demişdir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
Avropa Şurası

Beynəlxalq Tribunala veriləcəkmi» sualına cavab verərkən demişdir: 

-  Hər  şeyin öz vaxtı var. Yaşayarıq, görərik. Hesab edirəm ki, bu, dəyərli fikirdir. Ancaq bunu həyata 

keçirmək üçün müxtəlif işlər görülməlidir. Biz bu barədə fikirləşirik. Avropa Şurası Parlament Assambleyasının 

növbəti sessiyasına hazırlaşırıq. Nümayəndə heyətimizin üzvləri arasında bu barədə müzakirələr gedir. İnanıram 

ki, iyul ayında keçiriləcək sessiyada Azərbaycan öz sözünü deyəcək və yeni faktlar üzə çıxaracaqdır. 



 

«Xalq» qəzeti, 

18 may 2001-ci il  

 



Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı,  

Milli Məclisin deputatı İlham Əliyevin çıxışı 

(25 sentyabr 2001-ci il) 

 

Avropa  Şurası Parlament Assambleyasının sentyabrın 25-də keçirilmiş iclasında beynəlxalq terrorizm 



məsələsi geniş müzakirə edilmişdir. Müxtəlif ölkələrdən olan deputatlar iclasda çıxış edərək minlərlə dinc 

əhalinin məhvinə  səbəb olan terror aktlarını, xüsusilə sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton 

şəhərlərində törədilmiş vəhşilikləri qətiyyətlə pisləmiş, terrorçuluğun yeni formasiyası mahiyyət daşımasından 

narahat olduqlarını bildirmiş, bütün dünya ölkələrini bu təhlükəyə qarşı mübarizəyə çağırmışlar. 

Ermənistan nümayəndə heyətinin başçısı Hovanesyan iclasda çıxış edərək, Qafqaz regionundakı vəziyyəti 

təhrif etmişdir. 0 bildirmişdir ki, guya Ermənistan heç bir terror aktını dəstəkləmir və terrorizmə qarşı mübarizə 

aparır. Azərbaycanın sülhpərvər mövqeyinə göz yuman Hovanesyan erməni təbliğatının ənənəvi böhtan və iftira 

vasitələrinə  əl ataraq Dağlıq Qarabağın erməni  əhalisinə qarşı Azərbaycanın guya terror siyasəti yeritdiyini, 

məşhur terrorçu Ben Ladenin Bakı ilə telefon əlaqəsi saxladığını iddia etmişdir. Lakin o, Azərbaycan 

nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev tərəfindən layiqli cavabını almışdır. Millət 

vəkili  İlham  Əliyev Ermənistan nümayəndəsinin siyasi möhtəkirlik etdiyini vurğulayaraq onun iddialarını 

qətiyyətlə rədd etmişdir.  

Əziz cənab sədr! 

Xanımlar və cənablar! 

Təəssüf ki, mən çıxışımı Ermənistandan olan həmkarımın çıxışına, guya Azərbaycanda bəzi adamların Ben 

Ladenlə əlaqəsinin olması haqqında əsassız sözlərinə cavabla başlayıram. 

Tam məsuliyyətlə sizə deməliyəm ki, bu, tamamilə  əsassız yalandır. Bu əsassız iddia heç kim tərəfindən 

təsdiq olunmayıb və  mən bütün həmkarlarıma müraciətlə xahiş etmək istəyirəm ki, Avropa Şurasının yüksək 

kürsüsündən öz siyasi məqsədləri naminə böhtan yaymaq üçün istifadə etməsinlər. 

Əziz cənab sədr! 

Xanımlar və cənablar! 

Birləşmiş Ştatlara qarşı törədilən terror aktları ilə bağlı bizim hamımız böyük sarsıntı keçirdik. Azərbaycan 

nümayəndə heyətinin adından mən istərdim ki, minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnmiş 

terror aktları ilə bağlı Birləşmiş Ştatların hökumətinə və Amerika xalqına səmimi başsağlığı verim. 

Mən həm də istərdim ki, bu dəhşətli cinayəti törətmiş adamların tapılması və onların ədalət məhkəməsinə 

cəlb olunması ilə əlaqədar Azərbaycan hökuməti adından Birləşmiş Ştatlara tam dəstəyi bir daha bildirim. 

Birləşmiş  Ştatlara qarşı törədilmiş terror  aktları aydın  şəkildə göstərir ki, hamımızın yaşadığı dünya nə 

dərəcədə kövrəkdir. Heç kim özünü tam təhlükəsiz hiss edə bilməz. Ona görə də Beynəlxalq Birlik dünyanın hər 

yerində terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməlidir. 

Haqq anı gəlib çatmışdır. Bəzi ölkələr üçün eyni zamanda ikili mövqe tutub həm terrorizm qurbanları, həm 

də terrorizmin təşkilatçıları ilə yaxşı əlaqələri qorumağa çalışmaq və bunu balanslaşdırılmış siyasət adlandırmaq 

imkanı yoxdur. Bu halda belə siyasət balanslaşdırılmış adlandırıla bilməz, belə siyasət kəskin tənqidə layiq 

siyasətdir. Terrorizmi birbaşa və ya dolayısı ilə  dəstəkləyən hər bir ölkə  və ya təşkilat beynəlxalq birlik 

tərəfindən məsuliyyətə cəlb olunmalıdır. 

Azərbaycan terrorizmdən çox əziyyətlər çəkmişdir. Ermənistanın təcavüzü başlanıldığı andan erməni 

terrorçu qrupları  tərəfindən  Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. Bu terror aktları  nəticəsində 

Azərbaycanda 2 min adam öldürülmüş, on minlərlə adam yaralanmışdır. 

Azərbaycan xalqına qarşı terror aktları qatarlarda, avtobuslarda, gəmilərdə, metrolarda törədilmişdir. 

Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi terror aktları Ermənistan silahlı qüvvələrinin 

Azərbaycana genişmiqyaslı təcavüzünün əsas elementlərindən biridir. Bu terrorizmin nəticəsi kimi on minlərlə 

azərbaycanlı öldürülmüş, bir milyon insan qaçqın vəziyyətinə düşmüş, Azərbaycan  ərazisinin 20 faizi 

Ermənistan tərəfindən işğal olunmuşdur. Erməni terrorçu təşkilatı ASALA Ermənistanın Azərbaycana qarşı son 

13 ildə həyata keçirdiyi terror və soyqırımı siyasətində çox fəal rol oynamışdır. 

Hazırda qondarma «Dağlıq Qarabağ Respublikası»nın  ərazisi və Azərbaycanın işğal olunmuş digər 

rayonları tam nəzarətsiz  ərazilərdir. Qanunsuzluq hökm sürən bu ərazilərdə erməni rəsmiləri təkcə 

Ermənistandan deyil, digər ölkələrdən gələn terrorçuların da hazırlanması üçün düşərgələr yaradıblar. Dağlıq 

Qarabağın  ərazisi narkotik maddələrin daşınması üçün istifadə olunur və narkotiklərin istehsalından, 

daşınmasından əldə edilən külli miqdarda pul terror məqsədləri üçün xərclənir.  

Azərbaycan terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlarla bir alyansdadır. Biz bütün demokratik dünya ilə 

birik və dünyada terrorizmə son qoymaq üçün əlimizdən gələn töhfəni verməyə hazırıq. Azərbaycan prezidenti 

cənab Heydər  Əliyev Amerika Birləşmiş  Ştatlarına qarşı yönəldilmiş hücumlardan sonra etdiyi çıxışında 



Azərbaycanın Birləşmiş  Ştatlara tam dəstəyini ifadə etmişdir. Azərbaycan özünün hava məkanını Birləşmiş 

Ştatlar üçün açmışdır və Birləşmiş Ştatlara terror aktları törədənlərin ədalət məhkəməsi qarşısında məsuliyyət 

daşıması üçün lazım ola biləcək infrastrukturları  və komumikasiyaları ABŞ-ın istifadəsinə verməyə hazırıq. 

Beynəlxalq birlik terrora qarşı mübarizədə çox vaxt itirmişdir. Lakin bu işə heç başlamamaqdansa, gec 

başlamaq yaxşıdır. 

Təkcə ABŞ-da bu dəhşətli terror aktlarını törədənlərə qarşı deyil, dünyada terrorizmin bütün formalarına 

qarşı genişmiqyaslı antiterror kampaniyasına başlamağın və terrorizm ilə savaşda çox ciddi addımlar atmağın 

vaxtı gəlib çatmışdır. 

Diqqətinizə görə sağ olun. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin