Avropa şurasi (AŞ pa)


- İlham müəllim, artıq bir neçə gündür ki



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Avropa Şurası

- İlham müəllim, artıq bir neçə gündür ki

,  

parlamentin nümayəndə heyəti Strasburqdadır. Siz keçirilən 

görüşlər haqqında çox maraqlı  məlumat verdiniz. Siz nümayəndə heyətinin rəhbərisiniz. Azərbaycan 

nümayəndə heyətinin fəaliyyəti, verdiyi təkliflər, nümayəndə heyəti üzvlərinin çıxışları Parlament 

Assambleyası tərəfindən necə dəyərləndirilir? 

- Mən hesab edirəm ki, münasibət çox müsbətdir. Bilirsiniz ki, Azərbaycan nümayəndə heyətinin tərkibində 

müxtəlif partiyaların üzvləri, eyni zamanda bitərəf deputatlar da təmsil olunur. Buna baxmayaraq, mən hesab 



edirəm ki, biz burada vahid bir mövqedən çıxış etməliyik. Ümummilli məsələlərdə iqtidar-müxalifət 

olmamalıdır. Ümummilli məsələlərdə bütün siyasi qüvvələr birləşməli, bütün cəmiyyət bir olmalıdır ki, biz çətin 

və  ağır problemləri həll edək. Burada çox səmimi  şərait yaranmışdır. Biz bütün məsələləri birlikdə müzakirə 

edirik, planlarımızı birgə qururuq, hansı addımları atmalıyıqsa, onları birgə müzakirə edirik, vahid bir proqram 

üzrə  hərəkət edirik. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, digər nümayəndə heyətlərindən fərqli olaraq, 

Azərbaycan nümayəndə heyəti çox mütəşəkkil  şəkildə  fəaliyyət göstərir. Təbii ki, bu, assambleyada çoxdan 

təmsil olunan deputatlar tərəfindən də müsbət qiymətləndirilir. Çünki biz təkcə özümüzə aid məsələlər yox, eyni 

zamanda Avropa üçün, bütün bəşəriyyət üçün vacib olan məsələlər barəsində  də fikirlərimizi  söyləyirik. Biz 

buraya, bu quruma daxil olarkən bildirirdilər ki, Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurasının 

çox dəyərli üzvü olacaqdır. Artıq biz bunu görürük. Artıq bu, baş verir. Mən  əminəm ki, gələcəkdə  də 

fəaliyyətimiz nəticəsində  təkcə Azərbaycanın problemlərinin yox, ümumiyyətlə, Avropa ölkələri qarşısında 

duran problemlərin həllində də biz öz köməyimizi göstərəcəyik. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin