- İlham müəllim, Siz keçirdiyiniz görüşlər, edilən çıxışlar haqqında geniş məlumat verdiniz. Siz bu gün
Türkiyənin nüfuzlu televiziya kanallarından olan NTV-yə müsahibə vermisiniz. Həmin müsahibədə belə bir
fikir söyləmisiniz ki, Parlament Assambleyasında Azərbaycan 6, Türkiyə isə 12 deputatla təmsil olunubdur.
Deməli, Avropa Şurasında 18 deputat yerimiz vardır. Müsahibənin digər maraqlı məqam-larını da
açıqlayardınızmı?
- İndi mən onu təkrarlamaq istəmirəm. Çünki o müsahibə artıq verilibdir. Yəqin ki, mətbuatda həmin
müsahibəni izləmək mümkün olacaqdır. Amma siz düz buyurursunuz, mən həmin fikri bu gün yox, bir müddət
bundan əvvəl, Azərbaycan nümayəndə heyəti Ankarada olarkən, türk dostlarımızla görüşərkən söyləmişdim.
Mən dedim ki, Avropa Şurasında Azərbaycanın 6, Türkiyənin isə 12 yeri var. Bu, o deməkdir ki, bizim 18
yerimiz vardır. Çox şadam ki, türkiyəli dostlarımız tərəfindən də bu, çox yaxşı qarşılandı. Artıq bu vahid bir
komandanın birgə fəaliyyəti burada duyulur. Avropa Şurasının Parlament Assambleyasında 18 yer böyük bir
rəqəmdir. Hər hansı bir təklifi sənəd şəklində tərtib etmək və onu rəsmi qaydada bütün deputatların nəzərinə
çatdırmaq üçün 12 imza lazımdır. Bizim isə 18 imzamız vardır. Nəzərə alaq ki, artıq digər ölkələrin
nümayəndələri ilə səmərəli iş aparır və onların da dəstəyini alırıq. Yəni biz öz tərəfimizdən, Türkiyə isə öz
tərəfindən. Deməli, Azərbaycanın və Türkiyənin burada çox böyük imkanları olacaqdır. Biz çox böyük gücə
malik olacağıq və oluruq. Əlbəttə ki, bu bizi çox sevindirir. Mən çox şadam ki, bizim birgə fəaliyyətimiz artıq
ilkin nəticələrini verir.
Dostları ilə paylaş: |