- İlham müəllim, bizdə olan məlumata görə, Avropa Şurasının komitələrindən biri yaxın vaxtlarda
İstanbulda "Qafqazda sülh, münaqişədən sabitliyə doğru" mövzusunda seminar keçirməyi təklif edibdir. Bu
seminarda Azərbaycan və Ermənistandan əlavə, Dağlıq Qarabağ, eləcə də Abxaziya nümayəndələrinin də
iştirakı təklif olunubdur. Siz buna qəti etirazınızı bildirmirsiniz. Bu barədə nə deyə bilərdiniz?
- Bəli, bu barədə bizə məlumat bir qədər əvvəl daxil olmuşdur. Biz dərhal öz tədbirlərimizi görməyə
başladıq. Bu seminarın keçirilməsində fəal rol oynayan şəxslərə etiraz məktubları göndərdik. Çox qəti şəkildə
bəyan etdik ki, əgər qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələri o seminarda iştirak edəcəksə,
Azərbaycan həmin seminarın işinə qatılmayacaq və rəsmi qaydada öz etirazını bildirəcəkdir. Yəni bu tədbirləri
biz sessiyadan bir müddət qabaq görmüşdük. Bu məsələ burada yenə müzakirəyə çıxarılanda Azərbaycan tərəfi
qəti şəkildə etirazını bildirdi. Nəticədə bu məsələ gündəlikdən tamamilə çıxarıldı. Yəni o seminar
keçirilməyəcək və hesab edirəm ki, bu, Azərbaycan nümayəndə heyətinin ilk qələbəsidir.
Dostları ilə paylaş: |