Avropa şurasi (AŞ pa)


Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə34/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
Avropa Şurası

Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı 

İlham Əliyevin Azərbaycan dövlət televiziyasına müsahibəsi 

(24 sentyabr 2001-ci il) 

 

Avropa Şurası çox düzgün, ədalətli qərar qəbul edibdir. O da ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi 



yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaq şərti ilə həll olunmalıdır. Bu, Azərbaycan üçün 

çox qiymətli bir sənəddir və hesab edirəm ki, gələcək danışıqlarımızın uğurla aparılması üçün çox gözəl bir 

zəmin yaradır. 

Bu sənəd Avropa Şurası Nazirlər Komitəsinin iclasında yekdilliklə  qəbul olunubdur. Əlbəttə, burada 

müxtəlif fikirlər  var idi. Bəzi tərəflər, xüsusilə Ermənistan tərəfi  buna etirazını bildirməyə çalışırdı. Amma 

bizim işimizin nəticəsində belə bir sənəd qəbul olundu. Sənəddə eyni zamanda millətin, xalqın öz müqəddəratını 

təyinetmə prinsipi də öz əksini tapıb. Ancaq, yalnız və yalnız ərazi bütövlüyü çərçivəsində, yəni Azərbaycanın 

dəfələrlə bəyan etdiyi prinsiplər öz əksini tapıbdır və Avropa Şurası tərəfindən qəbul olunubdur. 

Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir, böyük uğurdur və bayaq dediyim kimi, gələcək 

fəaliyyətimizdə bizə böyük kömək edəcəkdir. 

Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisəsi bizim hamımızı sarsıtdı. Bu hamımız 

üçün gözlənilməz oldu və Azərbaycan hökuməti terror aktını  qətiyyətlə pisləyibdir. Amerika hökumətinə öz 

dəstəyini göstəribdir. Biz də, Azərbaycan nümayəndə heyəti burada bu barədə öz fikirlərimizi bildirdik, bir daha 

onu göstərdik ki, Azərbaycan bütün mütərəqqi ölkələrlə birlikdə terror əleyhinə mübarizə aparmağa hazırdır. 

Biz terrordan zərər çəkmiş bir dövlətik. Ermənistanın işğalçı qüvvələri 10 ildən çoxdur ki, Azərbaycana 

qarşı terror siyasəti aparırlar. Məhz bu terror siyasəti nəticəsində bizim torpaqlarımız işğal altındadır, bir 

milyondan çox qaçqınımız var və Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Ona görə də zərər çəkmiş bir ölkə 

kimi, Azərbaycan  bu barədə öz fikrini  bildirir. Mən bir daba bildirmək istəyirəm ki, biz əlimizdən gələni 

edəcəyik ki, bu məsələlərlə bağlı öz töhfəmizi verək, öz fəaliyyətimizi göstərək. 

Mən demək istəyirəm ki, antiterror əməliyyatı  təkcə Amerikada törədilmiş terrorun təşkilatçılarına qarşı 

olmamalıdır. Eyni zamanda dünyadakı bütün terrorist qruplaşmalar, terrorçu  təşkilatlara qarşı ciddi tədbirlər 

görülməlidir. 

Mən bir məsələni də demək istəyirəm. Bu gün bizə bir sənəd daxil oldu ki, qondarma «Dağlıq Qarabağ 

Respublikasının» spikeri Avropa Şurasına məktub göndərmişdir. O, məktubda demişdir ki, Azərbaycan 

nümayəndə heyəti Avropa Şurasında «DQR» və Ermənistan haqqında yalan informasiyalar yayır və onları 

biabır edir. Mən buna münasibətimi bildirmək istəyirəm. 

Birincisi, biz onları biabır etmirik. Onlar özləri özlərini biabır edirlər. Biz sadəcə olaraq, onları ifşa edirik. 

Deyə bilərəm ki, bundan sonra da Avropa Şurasının iclaslarında biz Azərbaycanın mövqeyini bildirəcəyik

işğalçı dövləti ifşa edəcəyik və bizim fəaliyyətimiz həmişə belə olacaqdır. 

Biz bu kürsüdən çox səmərəli istifadə edirik. Azərbaycan haqqında və ümumiyyətlə Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları bütün dünya ictimaiyyətinə çatdırırıq və bundan 

sonra da çatdıracağıq. Əminəm ki, bizim buradakı fəaliyyətimiz öz bəhrələrini verəcəkdir. 

Biz düzgün yoldayıq. Biz burada həm Avropa Şurasının rəhbər orqanları  tərəfindən, həm də müxtəlif 

ölkələri təmsil edən deputatlar tərəfindən çox böyük dəstək hiss edirik. Bizim mövqeyimiz dəstəklənir və 

əminəm ki, bundan sonra da dəstəklənəcəkdir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin