Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
Ermənistanın himayədarlıq etdiyi terrorçu təşkilatlar şəbəkəsi
(Strasburq, 24 iyun 2002-ci il)
Azərbaycan Respublikasının işğal olunmuş və beynəlxalq qanunların işləmədiyi 20 faiz ərazisi faktiki
olaraq, Avropa məkanından təcrid edilmiş və dünya birliyi üçün ciddi təhlükə zonasına çevrilmişdir. Azərbay-
can Respublikasının işğal olunmuş ərazilərindəki terrorçu təşkilatlarının maliyyə qaynağını narkobiznes, nüvə
layihələri, qanunsuz silah alveri təşkil edir. ABŞ Dövlət Departamentinin 2000-ci il mart hesabatında Dağlıq
Qarabağ ərazisində narkotik maddələrin qanunsuz becərilməsi və istehsalı ilə bağlı müddəaların əksini tapması,
2002-ci ilin mayında ABŞ Dövlət Departamentinin qanunsuz nüvə layihələrini gerçəkləşdirən erməni
şirkətlərinə qarşı sanksiyaların tətbiqi haqda qərar qəbul etməsi qanundankənar bölgədə bu cinayətkar prosesləri
Ermənistan dövlətinin himayəsi altında idarə edən terrorçu şəbəkələrə xüsusi diqqət ayırmağı zəruriləşdirir.
İşğal ərazilərinin nəzarətsizliyi ermənilərin ASALA və "Haydud" terrorçu təşkilatlarından savayı, onlarla
əməkdaşlıq edən bir sıra xarici ölkələrin terrorçu təşkilatların da burada təlim-məşq düşərgələri salması və
maneəsiz fəaliyyəti üçün münasib imkan yaratmışdır.
İşğal altındakı Kəlbəcərdə Livanın "Qayıdan qəhrəmanlar təşkilatı" (rəhbəri Beyrut ermənisi O.Ter-
Qriqoryan), Laçında PKK kürd separatçı təşkilatının xüsusi dəstəsi (C.Şamoyan), "Vartan cəngavərləri" terror
təşkilatı (rəhbəri A.Babacanyan), Zəngilanda Livanın "Həmas" qrupunun "Ziyəddin əl-Qissan" hərbi qanadı,
Xankəndində Yunanıstanın "Milli dirçəliş təşkilatı" terrorçu qrupu (rəhbəri E.Qalustyan) və s. fəaliyyətdədir.
1970-1980-ci illərdə Fransada terror aktları törətmiş məşhur beynəlxalq terrorçular - ABŞ vətəndaşı Monte
Melkonyana, İran vətəndaşı Vazgen Sisliyana, Suriya vətəndaşı Varujan Qarbijyana və başqa terrorçulara
Ermənistan Prezidentinin fərmanı ilə rəsmən milli qəhrəman, Qarabağ müharibəsinin qəhrəmanı adlarının
verilməsi, onlara dövlət qayğısı göstərilməsi Ermənistan Respublikasının terrorizmə rəsmi dövlət dəstəyi
verməsinə əyani sübutdur. Assambleya Azərbaycanın işğal edilmiş ərazilərindəki "qanundankənar" zonanın
bütün Avropa üçün təhlükə mənbəyi olduğunu qeyd edərək üzv dövlətləri problemin həlli üçün səylərini
artırmağa çağırır.
Assambleya Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki və ondan kənardakı 7 başqa işğal rayonundakı
mövcud vəziyyəti araşdırmaq üçün monitorinq qrupunun yaradılması zəruriliyini təkidlə vurğulayır.
Assambleya Nazirlər Komitəsinə tövsiyə edir ki, beynəlxalq nəzarətin olmamasından istifadə edərək işğal etdiyi
əraziləri terrorçu qrup və şəbəkələrin yerləşdirilməsi, narkotiklərin yetişdirilməsi və tranziti, məxfi nüvə
layihələrinin icrası üçün istifadə edən Ermənistanın beynəlxalq hüquq normalarına və Avropa Şurası
Nizamnaməsinə zidd olan fəaliyyətlərini təxirə salmadan dayandırmasından ötrü lazımi tədbirlər görsün.
|