Avropa şurasi (AŞ pa)


AŞ PA-nın Nazirlər Komitəsinin qərarı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Avropa Şurası

AŞ PA-nın Nazirlər Komitəsinin qərarı 

(Strasburq, 24 sentyabr 2001-ci il) 

 

Nümayəndələr xanım Hacıyevanın 396 nömrəli sualına aşağıdakı cavabı qəbul edirlər: 



1. Nazirlər Komitəsi xanım Hacıyevanın Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması 

haqqında 396 nömrəli yazılı sualı ilə maraqla tanış oldu. 

2. Xanım Hacıyeva Nazirlər Komitəsinin 2001-ci ilin  10-11  may tarixində  keçirilmiş 108-ci sessiyasına 

istinad edir. Bu görüş zamanı Nazirlər Komitəsi həqiqətən Balkanlardakı  və  Qafqazdakı    vəziyyəti nəzərdən 

keçirmişdir. Bütün üzv Ölkələrin təmsil olunduğu bu sessiyanın sonunda Nazirlər Komitəsi rəsmi məlumat 

qəbul etmişdir ki, onun 2-ci paraqrafı aşağıdakıları bəyan edir: 

3. Nazirlər bütün Avropada beynəlxalq ictimaiyyət tərəfindən  tanınmış  sərhədlərə, suverenliyə  və 

dövlətlərin  ərazi bütövlüyünə, eləcə  də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, ATƏM-in Helsinki 

Yekun Aktında  və digər  müvafiq  mətnlərdə  əks olunmuş beynəlxalq hüquq prinsiplərinə  hörmət edilməsinə 

dəstəklərini bir daha təsdiq edirlər. 

4. Bu cümləni qəbul edərkən: bir nümayəndə heyəti bildirmişdir ki, o bu cümləni, istinad olunmuş 

beynəlxalq hüququn -  açıq  şəkildə  qeyd olunmuş  və ya yox - prinsipləri arasında iyerarxiyanın mövcud 

olmamasını  nəzərə almaqla qəbul edir. Həmin nümayəndə heyəti bununla bağlı  bəyanat vermişdir ki, o da 

iclasın protokolunda öz əksini tapmışdır. 

5. Yuxarıda göstərilənlərdən belə  nəticələnir ki, Nazirlər Komitəsi Avropa Şurasının bütün üzvlərinin 

beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edil-məsinə 

dəstəyini, beynəlxalq hüququn digər prinsiplərinin dəyərini bərabər surətdə  tanımaqla aydın  şəkildə bir daha 

təsdiq etmişdir. Xalqların öz müqəddəratını təyin etmək hüququ və Helsinki Yekun Aktında göstərilmiş başqa 

prinsiplər, onlardan hər biri digərləri nəzərə  alınaraq təfsir edilməklə  bərabər surətdə  və qeyd-şərtsiz tətbiq 

olunur. Beləliklə, xalqların öz müqəddəratını  təyin etmək hüququna Birləşmiş Millətlər Təşkilatının 

Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn normalarına, o cümlədən dövlətlərin  ərazi 

bütövlüyünə dair normalara uyğun olaraq hörmət olunmalıdır. Nəticə etibarilə bu hüquq yalnız sülh danışıqları 

əsasında həyata keçirilə bilər. Torpaq əldə etmək məqsədilə  gücdən istifadə  qəbuledilməzdir və ondan irəli 

gələn heç bir nəticə qanuni tanına bilməz. 

6. Nazirlər Komitəsi 108-ci sessiyanın yuxarıda qeyd olunmuş rəsmi məlumatının 12-ci paraqrafına istinad 

edir.  Əlavə  olaraq özünün 761-ci iclası zamanı (18 iyul 2001-ci il, 2.6-cı  məsələ) GT. SUIVI. AGO-nun 

məruzəsinə baxılması kontekstində o, yenidən "hər iki ölkəni Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll 

edilməsi istiqamətində fəal addımlar atmağa çağırmışdır". Bununla bağlı Nazirlər Komitəsi Qrupun Parlament 

Assambleyasına göndərilmiş məruzəsinə istinad edir. 

7. Nazirlər Komitəsi iki aidiyyəti üzv dövləti yuxarıda göstərilən 5-ci paraqrafda qeyd edilən prinsiplərə 

uyğun olaraq kompromis tapmağa və  hər iki dövlətin Avropa Şurasına üzv qəbul edilən zaman üzərlərinə 

götürdükləri öhdəliklərin  əksinə olaraq hərbi həllin lehinə  və  düşmənçiliyi və  kini gücləndirəcək bəyanatlar 

verməkdən çəkinməyə  çağırır. Nazirlər Komitəsi həqiqətən  əmindir ki, bu münaqişənin sülh yolu ilə  həlli 

fundamental məsələdir və  çox təcilidir, belə  ki, iki ölkənin bu ümumi öhdəliyinin həyata keçirilməsi onların 

bütün digər öhdəliklərinin yerinə yetirilməsinə  müsbət təsir göstərə bilər. Yoxsulluq və kin demokratiya və 

insan hüquqlarına hörmət üçün əlverişli əsas deyildir. Sülh yalnız regionun sabitliyi, onun iqtisadi inkişafı üçün 

deyil, həm də bu ölkələrdə demokratiyanın bərqərar olması və möhkəmlənməsi üçün vacibdir. 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin