Avropa şurasi (AŞ pa)


Azərbaycan Respublikasında ekoloji vəziyyət



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Avropa Şurası

Azərbaycan Respublikasında ekoloji vəziyyət 

(Dağlıq Qarabağ, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər,  

Ağdam, Füzuli, Cəbrayıl) 

(Strasburq, 27 iyun 2001-ci il) 

 

Müasir dünyada ekoloji problemlərin ümumbəşəri  əhəmiyyətini nəzərə  alaraq Avropa Şurası Azərbaycan 



Respublikasının  ərazisində  (Dağlıq Qarabağ,  Şuşa, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, 

Cəbrayıl) yaranmış ekoloji vəziyyətlə əlaqədar dərin təşviş hissi keçirir. 

Azərbaycanın həmin  ərazisində  iki milli qoruq (Qarabağ  və  Bəsitçay) və  dörd müvəqqəti qoruq (Laçın, 

Qubadlı, Arazətrafı, Cəbrayıl) var. Nadir təbii relyefi, zəngin fauna və florası ilə tanınan həmin milli qoruqlar 

nəzarətdən kənarda qaldığına görə aramsız olaraq ermənilər tərəfindən qarət edilir. 

Adı  çəkilən  ərazilərdə  meşələrin ümumi sahəsi 264.000 hektardır. Nadir ağac və  heyvan növləri hər gün 

məhv edilir. Nəticədə təbii növlər arasında bioloji əlaqələr pozulur, bu isə ekoloji böhrana səbəb olur. 

Azərbaycanın ən mühüm su arteriyalarından biri olan Araz çayında suyun kimyəvi analizi göstərir ki, suyun 

çirklənməsi normadan bir neçə  dəfə  yuxarıdır. Araz çayının  əsas qollarının (Oxçuçay, Razdan, Arpaçay) 

Ermənistan  ərazisindən  keçdiyini, habelə Ermənistanın "Sərhədlərarası su arteriyalarından və beynəlxalq 

sulardan istifadə edilməsi və  onların mühafizəsi  haqqında Konvensiyanı (Helsinki, 2000-ci il) imzalamadığını 

nəzərə alaraq Parlament Assambleyası vəziyyətlə əlaqədar böyük narahatlıq hissi keçirir. 

Qafqaz regionunda seysmoloji aktivliyin (Spitak, 1988, Bakı, 2000) yüksək olduğunu, Ermənistan 

Respublikasındakı atom stansiyasının təkcə region üçün deyil, bütün Şərqi Avropa və Yaxın Şərq ölkələri üçün 

potensial təhlükə  olduğunu, Azərbaycan Respublikasının 2001-ci ildə "Zəhərli tullantıların sərhədlərarası 

daşınmasına nəzarət haqqında bazel Konvensiyası"nı imzaladığını, həmçinin adı  çəkilən  ərazilərin tamamilə 

nəzarətsiz qaldığını  nəzərə  alaraq Parlament Assambleyası belə bir narahatlıq hissi keçirir ki, Azərbaycanın 

həmin ərazilərində Ermənistandakı atom stansiyasının nüvə tullantıları basdırıla bilər. 

Yuxarıda deyilənləri nəzərə alaraq Parlament Assambleyası Nazirlər Komitəsinə müraciət edir, Avropanın 

nadir torpaq sahələrindən olan həmin işğal zonasında mümkün ekoloji fəaliyyətin qarşısını almaq üçün təsirli 

tədbirlər görməyə çağırır.  

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin