Ermənistanda və Dağlıq Qarabağda saxlanılan
hərbi əsirlər və girovlar haqqında
(Strasburq, 25 aprel 2001-ci il)
1. 1988-ci ildə başlanmış və sonralar Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinə çevrilmiş Dağlıq
Qarabağ münaqişəsi respublikamızın ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələnmişdir.
2. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 2001-ci il 10 aprel tarixli məlumatına əsasən, işğal nəticəsində
4959 nəfər itkin düşmüş, onlardan 1092 nəfəri 1992-2001-ci illər ərzində azad edilmişdir. Həmin məlumat-da
göstərildiyi kimi, onlardan 176 nəfəri xəstədir.
3. İndi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində 783 nəfər əsir saxlanılır, onlardan 18-i uşaq,
43-ü qadın, 56 nəfəri qocadır. Ancaq Ermənistan tərəfi bu faktı inkar edir.
4. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə bu təşkilat altı aydan artıqdır ki, həmin
əsirlərlə görüşə bilmir.
5. Azərbaycan və Ermənistanın Avropa Şurasının tamhüquqlu üzvü olmasından artıq üç ay keçir. Belə bir
nüfuzlu təşkilatın üzvü olan ölkənin ərazisində hətta adi insan hüquqları qorunmayan bu qədər əsirin olması
qəbuledilməzdir.
6. Azad edilmiş əsirlərin dediyinə görə, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə
məruz qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar.
7. Assambleya Nazirlər Komitəsinə müraciət edərək Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın
işğal etdiyi Azərbaycan ərazisində insan hüquqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsini bütün
imkanlardan istifadə etməklə təmin etməyə çağırır.
8. Assambleya Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə müraciət edərək problemin tezliklə həll
olunması ilə bağlı xüsusi məruzə hazırlamasını xahiş edir.
|