Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin
tanınması haqqında yazılı bəyannamə
(Strasburq, 26 aprel 2001-ci il)
Azərbaycan torpaqlarının Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə parçalanmasından
başlanan soyqırımı Azərbaycan tarixinin tərkib hissəsidir.
Ermənilər "böyük Ermənistan" yaratmaq iddiası ilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi
qırğınlar həyata keçirdilər.
1918-ci ilin martında ermənilər Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa
ərazilərdə azərbaycanlılara qarşı qətlim törətdilər.
Sovet rejiminin köməyi ilə Ermənistan 1920-ci ildə Zəngəzuru və başqa Azərbaycan torpaqlarını öz
ərazisinə birləşdirdi.
Kommunist rejimi 1948-1953-cü illərdə azərbaycanlıları onların Ermənistandakı tarixi torpaqlarından
Azərbaycana deportasiya etdi.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra yüz minlərlə azərbaycanlı yenidən öz tarixi
torpaqlarından deportasiya edildi.
1992-ci il fevral ayının 26-da Xocalı əhalisi ermənilər tərəfindən bütünlüklə məhv edildi, şəhər xarabazara
çevrildi.
Dağlıq Qarabağdakı erməni separatizmi və Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində minlərlə
insan məhv oldu, bir milyondan artıq əhali evindən-eşiyindən didərgin düşdü.
Biz, Parlament Assambleyasının bütün digər üzvlərinə müraciət edərək XIX əsrin əvvəllərindən başlayaraq
ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımını tanımaq üçün zəruri addımlar atmağı xahiş edirik.
|