Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
AŞ PA deputatlarının Nazirlər Komitəsinə müraciəti
(Strasburq, 26 iyun 2001-ci il)
Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci il mayın 10-11-də keçirdiyi 108-ci sessiyasında Balkanlarda və
Qafqaz regionunda vəziyyəti müzakirə etmişdir. Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan sessiyada
bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü
tanımaq niyyətində deyil və tanımayacaqdır.
- Azərbaycanın və Ermənistanın Avropa Şurasının tamhüquqlu üzvü olduğunu;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün BMT, ATƏT, Avropa Şurası və bütün dünya dövlətləri
tərəfindən tanındığını;
- Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın Avropa Şurasının üzvü olan başqa bir dövlətin -
Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyini;
- Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini və bunun nəticəsində insan hüquqlarını
kütləvi surətdə pozduğunu nəzərə alaraq Avropa Şurasının Nazirlər Komitəsindən xahiş edilir ki;
- Ermənistan Respublikasının beynəlxalq qanunlarının əsas prinsiplərindən biri olan dövlətlərin ərazi
bütövlüyü və suverenliyi prinsipinə hörmət etməyə;
- Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırsın.
|