Avropa Şurası Parlament Assambleyasında
Azərbaycan Milli Məclisi nümayəndə heyətinin başçısı
İlham Əliyevin Strasburqdan respublika televiziyasına birbaşa müsahibəsi
(25 aprel 2001-ci il)
- Artıq bir neçə gündür ki, xalqımız Sizin başçılıq etdiyiniz nümayəndə heyətinin səfərini diqqətlə izləyir.
Parlament nümayəndə heyətinin uğurlu fəaliyyəti, Azərbaycanın mənafeyini ləyaqətlə təmsil etməsi qəlbimizi
iftixarla döyündürür. Siz Avropa Şurası Parlament Assambleyası sessiyasının bugünkü iclasının ikinci
hissəsində çıxış etmiş, taleyüklü problemlər haqqında ətraflı söhbət açmırsınız. Çıxışınızda Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi mühüm yer tutur. İstərdik ki, çıxışınızın əsas
məzmunu və eləcə də qaldırılan digər məsələlər barədə tamaşaçılarımıza ətraflı məlumat verəsiniz.
- Bu gün mən Parlament Assambleyasının sessiyasında çıxış etmişəm. Bugünkü mövzu Avropada
mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, transmilli və iqtisadi cinayətkarlıqla mübarizə məsələsini əhatə edirdi.
Çıxışımda qeyd etdim ki, Azərbaycanın torpaqlarını Ermənistanın zəbt etməsi nəticəsində Dağlıq Qarabağda və
onun ətrafında qeyri-qanuni əməliyyatlar keçirilir. Xüsusilə narkotik bitkilərin yetişdirilməsi və onların nəqli,
habelə qeyri-qanuni silahlı birləşmələrin hazırlanması və digər məsələləri vurğuladım. Bildirdim ki, Avropa
Şurası, o cümlədən Avropanın bütün müvafiq qurumları Ermənistana güclü ,təsir göstərməlidir ki, o, işğal
olunmuş torpaqlardan çəkilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və bir milyon qaçqın öz doğma
yurdlarına qayıtsın. Əsas məsələlər bundan ibarət idi.
Dostları ilə paylaş: |