- Sizi bu münasibətlə təbrik edirik. Artıq bir neçə gündür ki, Azərbaycanın parlament nümayəndə heyəti
Sizin rəhbərliyinizlə Strasburqda səfərdədir. Biz müntəzəm olaraq məlumatlar ələ edirik. Siz orada çox
maraqlı, işgüzar görüşlər keçirirsiniz. Həmin görüşlər, orada müzakirə olunan məsələlər barədə məlumat
verərdinizmi?
- Doğrudan da, biz çoxlu görüşlər keçiririk. Bu görüşlər müxtəlif formatda və müxtəlif formada keçirilir.
Mən bunları iki hissəyə bölə bilərəm. Birinci hissə rəsmi görüşlərdən ibarətdir.
İkinci hissə isə nümayəndə heyətlərinin digər nümayəndə heyətlərinin üzvləri ilə görüşləridir. Deyə bilərəm
ki, artıq biz çox səmərəli işlər görürük. Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti və eyni
zamanda hazırda fəxri prezidenti xanım Leni Fişerlə rəsmi şəkildə görüşüm olubdur. Eyni zamanda Rusiya
nümayəndə heyətinin rəhbəri ilə görüşün və bu nümayəndə heyətinin üzvləri ilə Azərbaycan nümayəndə
heyətinin görüşü keçirilmişdir. Təbii ki, türkiyəli dostlarımızla hər gün mütəmadi qaydada əlaqə saxlayırıq və
müxtəlif məsələləri müzakirə edib birgə tədbirlər keçirməyə başlamışıq. Bildiyiniz kimi, bir müddət bundan
qabaq AŞPA-dakı Azərbaycan nümayəndə heyəti Ankarada olarkən Türkiyənin müvafiq nümayəndə heyətinin
üzvləri ilə görüşmüşdür. Orada mən təklif etmişdim ki, biz həm sessiyalarda, həm də sessiyalardan əvvəl
məsləhətləşmələr keçirək və vahid bir proqramla, eyni bir mövqedən çıxış edək. Artıq biz buna nail olduq.
Azərbaycan və Türkiyə nümayəndə heyətləri birgə əməli fəaliyyətə başlamışlar. Deyə bilərəm ki, burada çox
gözəl əməkdaşlıq müşahidə olunur. Bizim deputatlarımız müxtəlif ölkələrdən olan deputatlarla çox gözəl işləyir,
danışıqlar aparırlar. Artıq biz onlardan dəstək alırıq. Sizə bildirmək istəyirəm ki, bəzi məsələlər üzrə rəsmi
sənədlər də tərtib etmişik. Onları indi sessiyada paylayacağıq. O cümlədən Ermənistan tərəfindən Azərbaycana
qarşı törədilmiş soyqırımına dair rəsmi şəkildə sənəd hazırlamışıq. Müxtəlif ölkələrdən olan nümayəndələr də
bu sənədə qol çəkdilər, yəni ki, burada görüşlər, dediyim kimi, həm rəsmi qaydada, həm də qeyri-rəsmi keçirilir.
Azərbaycan nümayəndə heyətinə çox böyük hörmət bəsləndiyini görürük və bu da bizi çox sevindirir.
Dostları ilə paylaş: |