Avropa şurasi (AŞ pa)


-  İlham müəllim, istərdik ki, Parlament Assambleyasının müzakirə etdiyi digər məsələlərə da aydınlıq



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
Avropa Şurası

-  İlham müəllim, istərdik ki, Parlament Assambleyasının müzakirə etdiyi digər məsələlərə da aydınlıq 

gətirəsiniz, A

ZƏR

baycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edirmi? 

- Bəli. Deyə bilərəm ki, Azərbaycan nümayəndə heyəti bütün müzakirələrdə iştirak edir. Müzakirələr həm 

sessiya çərçivəsində, həm də siyasi komitələr və siyasi qruplar çərçivəsində keçirilir. Nümayəndə heyətimizin 



üzvləri, demək olar ki, bütün  siyasi qruplarda və siyasi komitələrdə təmsil olunublar. Sessiyadan bir-iki saat 

qabaq o qrupların və komitələrin iclasları keçirilir. İstanbulda nəzərdə tutulan seminarın keçirilməsini 

əngəlləyən çıxışımız məhz siyasi qrupun iclasında olmuşdur. Biz belə  qərara gəlmişik ki, hər bir məsələdə 

Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirməlidir. Bizim mövqeyimiz suallar şəklində də səslənmişdir. 

Deputatlarımız burada məruzələrlə  çıxış edən müxtəlif  şəxslərə Dağlıq Qarabağ  məsələsinə aid suallar 

vermişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri həm mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 

mövzusunda, həm insan hüquqlarının pozulması mövzusunda, həm də digər mövzularda çox səmərəli çıxışlar 

edir. Deyə bilərəm ki, burada Azərbaycan nümayəndə heyətinin mövqeyi çox güclü səslənir. Hətta nəzərə alaraq 

ki, bu, bizim burada ilk iştirakımızdır, həm də digər ölkələrdən olan bəzi deputatlar gəlib bizi təbrik edirlər. 

Bildirirlər ki, onlar üçün çox gözlənilməz olubdur ki, Azərbaycan son dərəcə mütəşəkkil  şəkildə, çox güclü 

mövqedən çıxış edir, öz sözünü açıq  şəkildə bildirir. Bilirsiniz ki, Avropa Şurasının Parlament Assambleyası 

dünyada ən mötəbər, ən vacib qurumlardan biridir. Burada söylənilən hər bir söz, hər bir bəyanat mütləq şəkildə 

rəsmi xarakter alır, yəni sənədləşdirilir. Bu nöqteyi-nəzərdən biz bu fürsətdən çox səmərəli istifadə etməliyik və  

edirik ki, Azərbaycanın mövqeyi bütün dünyaya çatsın. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Biz çalışırıq ki 

bütün dünyada, Avropanın hər bir ölkəsində bilsinlər ki zərərçəkən tərəf Azərbaycandır, Ermənistan işğalçı bir 

dövlətdir. Ermənistan bizim torpaqlarımızı  işğal edibdir və Azərbaycan tələb edir ki, buna son qoyulsun. 

Əminəm ki, bizim fəaliyyətimiz də bu münaqişənin həllində öz rolunu oynayacaqdır. Ermənistan bütün 

dünyada, Avropada işğalçı və terrorçu bir dövlət kimi təqdim olunacaqdır. Biz bunu edirik və bundan sonra da 

edəcəyik. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin