Belçika XX əsrin 70-ci illərində
Belçikanın Qərbi Avropa dövlətləri ilə inteqrasiyası ona gətirib çıxartdı ki, onun asılılığı artdı, milli suverenlikdən qismən məhrum oldu, xarici kapitalın onun iqtisadiyyatına nüfuzu gücləndi. Artıq 1975-ci ildə xarici investisiyanın ümumi həcminin yarısından çoxu ABŞ-ın əlində cəmlənmişdi. Qərbi Avropa kapitalının da mövqeyi gücləndi. Xarici kapital sənayenin bütöv sahələrinə nəzarət edirdi. (neft emalı, elektronika, avtomobil və s.)
1974-cü ildə demək olar ki, əhalinin 20 %-i xaricilərin müəssisələrində çalışırdılar. 70-ci ilərdə Belçika iqtisadiyyatında inflyasiya, valyuta və energetika böhranı kimi xoşagəlməz hallar yarandı.
Zəhmətkeşlərin vəziyyəti pisləşdi. Milli məsələ üzrə fikir ixtilafları hökumətin istefasına səbəb oldu. 1971-ci ilin dekabr ayının 7-də Belçikada təcili parlament seçkiləri keçirildi. Yeni koalision hökumətə yenidən Eykens başçılıq etdi. Siyasi sabitliyin olmaması ona gətirib çıxartdı ki, 1972-ci ilin noyabrın 22-də Eykens-Koolsa hökuməti istefaya getdi.
1973-cü ilin yanvarında Lebyurtunun ( BSP) hökuməti də istefaya getdi. 1974-cü ilin martında Belçikada təcili parlament seçkiləri keçirildi, Sosial-Xristian partiyasının Flamand qanadının nümayəndələri başda olmaqla Tinğemansın başçılığı ilə hökumət təşkil olundu. O, vəd etdi ki, ölkənin problemlərini həll etməyə çalışacaqdır.
1975-ci ildə Belçıkada güclü iqtisadi böhran baş verdi. Sənaye istehsalı 1974-cü illə müqayisədə 10 % aşağı düşdü. Böhran uzun sürdü. Hətta 1980-cı ildə də bir sıra sahələr 1973-cü il səviyyəsinə qalxa bilməmişdi.
İqtisadi çətinlikləri aradan qaldırmaq üçün Belçikada təsərrüfatın hərbiləşdirilməsi gücləndi. 1978-ci ilə yaxın hərbi xərclər böyük bir rəqəmə, 78 milyard franka çatdı.
Zəhmətkeşlərin iqtisadi vəziyyətinin ağırlaşması ilə əlaqədar olaraq Belçikada sosial vəziyyət kəskinləşdi. 1975-1976-cı illərdə ölkəni tətil hərəkatı bürüdü. 1977-ci ildə tətillərdə 1 milyon adam iştirak etdi.
Sosialist partiyasında sola doğru dönüş yarandı. Onun proqramında banklar və energetika bölməsi üzərində dövlət nəzarətinin qoyulması, ictimai nəqliyyatı inkişaf etdirmək və s. nəzərdə tutulmuşdu.
Belə bir şəraitdə Tinğemans hökuməti zəhmətkeşlərin maraqlarına cavab verən bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirdilər.
1976-cı ildə “İqtisadiyyatı sağlamlaşdırmaq tədbirləri haqqında” qanun qəbul edildi. 1977-ci ilin martın 9-da parlament buraxıldı, aprelin 17-də növbədənkənar parlament seçkiləri keçirildi. SXP 36 % səs aldı, sosialistlər isə 27 % səs aldılar. Tingemans SXP, BSP, Xalq İttifaqı və Demokratik cəbhənin iştirakı ilə koalision hökumət təşkil etdi. Hökumət vəd etdi ki, iqtisadi vəziyyət yaxşılaşdırılacaq, inzibati-mədəni muxtariyyət həyata keçiriləcək. Lakin bu barədə hazırlanan hökumət layihəsi siyasi partiyalar arasında kəskin fikir ayrılığına səbəb oldu. 1978-ci ilin noyabrındakı siyasi böhran Tingemans hökumətinin istefaya getməsi ilə nəticələndi.
Dekabrın 17-də ölkədə yenidən növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilər siyasi qüvvələrin yerləşməsində əsaslı dəyişiklik yaratdı.
1979-cu ilin aprelin 3-də V.Martens koalision hökumət təşkil etdi. Bu hökumət “İqtisadiyyatın sağlamlaşdırılması” siyasətini zəhmətkeşlərin hesabına həyata keçirməyə başladı. Dövlət islahatları keçirmək cəhdi hökumət böhranı ilə qarşılandı.
70-ci illərdə Belçika da ATƏM-in təşkilində iştirak etdi. O, Vyetnamda və Yaxın Şərqdə müharibənin dayandırılması tərəfdarı oldu.
Belçikanın hakim dairələri yenə də Avropa İqtisadi Birliyi çərçivəsində inteqrasiyanın tərəfdarı idilər. 1975-ci ilin dekabrında AİB-ə daxil olan dövlətlərin tapşırığı ilə Tinğemans «Avropa Şurasının təşkili haqqında» məruzə hazırladı.
NATO-da Belçika öz təhlükəsizliyinin təminatçısı kimi iştirak edirdi. 1978-ci ildə NATO-ya daxil olan ölkələrlə birlikdə Belçika da Zairin daxili işlərinə qarışmaqda iştirak etdi. 1979-cu ildə Belçika NATO-nun yenidən silahlanması xəttini bəyəndi.
Belcikanın bu illərdə SSRİ ilə, digər sosialist ölkələri ilə də əlaqələri genişləndi. 1971-ci ildə Monqolustan və Çinlə, 1972-ci ildə ADR, 1973-cü ildə Vyetnamla diplomatik münasibətlər yaratdı. 1974-cü ildə isə Moskvaya Belçika kralı Baduen səfər etdi SSRİ ilə Belçika-Lüksemburq ittifaqı arasında əməkdaşlığa dair saziş imzalandı.
Dostları ilə paylaş: |