Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İspaniya diktaturadan demokratiyaya keçid dövrün­də. (1976-1979-cu illər)



Yüklə 2,21 Mb.
səhifə68/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   186
İspaniya diktaturadan demokratiyaya keçid dövrün­də. (1976-1979-cu illər). Kral elə ilk andiçmə mərasimində bildirdi ki, İspaniya da digər qabaşcıl dünya ölkələri kimi demokratiya yolu ilə gedəcək. «İspaniya falanqası» partiyası buraxıldı. Müxalifətin leqallaşması artdı. 1977-ci il aprel ayının 9-da İspaniya Kommunist Partiyası açıq fəaliyyətə keçdi. «Milli hərəkat» partiyası da kralın dekreti ilə buraxıldı. Bu partiya iki hissəyə parçalandı. Onun üzvlərinin bir hissəsi Demokratik Mərkəz İttifaqı partiyasını təşkil etdilər və başçısı Adolf Suares oldu. Digərləri isə «Xalq alyansı» təşkil etdilər.

İspaniyada demokratiyaya keçid 1975-ci ildə başladı, 1979-cu ilə qədər davam etdi. Kral demokratik dəyişikliklərə dinc, tez və qəti yolla keçməyi qərarlaşdırdı. O, Franko tərəfdarlarının güclü olduğunu bilirdi və bu işdə ehtiyatlı hərəkət edirdi. Franko rejiminin demontajı ilk növbədə Arias Navarranın başçılıq etdiyi köhnə hökumətin üzvlərinin istefaya göndərilməsi və Adolfo Suaresin başçılığı altında yeni hökumətin yaradılması ilə başladı.

1976-cı ildə ölkədə ilk dəfə əvvəlki 10 ildə olmadığı qədər tətil hərəkatı baş verdi. Xalq kraldan demokratik islahatlar tələb edirdi. 1976-cı ildə «Siyasi islahatlar haqqında Qanun» qəbul edildi. Həmin qanuna əsasən Kortes iki palatadan ibarət olmalı idi. Aşağı palata olan deputatlar palatası 350, yuxarı palata olan senat isə 208 nəfəri əhatə etməli idi. Həmçinin ölkədə fikir plüralizminə, əqidə azadlığına geniş yer verilirdi. Əhalinin ümumi seçki hüququ qanunla təsbit olundu. 1977-ci il iyunun 15-ində ölkədə ilk dəfə Xalq cəbhəsi dövründə olduğu kimi, parlament seçkiləri keçirildi. Seçicilərin 90%-i frankizmin ədeyhinə olduğunu bildirdilər. Demokratik mərkəz ittifaqı 33,9%, İSFP-i 29,2%, İKP 9,2%, Sosialist Xalq partiyası 4,3%, «Xalq alyansı» 8,2% səs aldılar. Adolfo Suaresin başçılığı altında yeni hökumət təşkil edildi. 1977-ci ildə ölkənin iqtisadi vəziyyəti birdən-birə pisləşdi. İşsizlərin sayı 1,3 milyona çatdı. İqtisadi inkişaf 6,6%-dən 1%-ə endi. Bu, hökuməti qəti addımlar atmağa məcbur etdi. 1977-ci ilin oktyabrında Nazirlər Kabinetinin yerləşdiyi bina olan Madriddəki Monkloada həmkarlar ittifaqının və sol partiyaların nümayəndələri ilə hökumət arasında qarşılıqlı razılıq haqqında pakt imzalandı. Bu pakt tarixə Monkloa paktı kimi daxil oldu. Sənədə görə həmkarlar ittifaqı və sol partiyalar tətillərin azalmasını, hökumət isə qiymətlərin artmasının qarşısını almağı öhdəsinə götürdü. Ümumi amnistiya haqqında qanun verildi. Kataloniya, Basklar ölkəsi və Qalisiyaya müxtariyyat verildi. 1977-ci idə müəssisələrin istehsal komitələrinə seçkilər keçirildi. Fəhlə komissiyaları bu seçkilərdə səslərin 43%-ni aldı.

1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya elan olundu və onun hüquqi, demokratik və muxtar qurumları əhatə edən bir dövlət olduğu göstərildi. Ali qanunverici orqan olan kortes iki palatadan – deputatlar palatası və senatdan ibarət idi. Konstitusiyaya görə kral dövlətin, hökumətin başçısı, İspaniya silahlı qüvvələrinin baş komandanı idi. O, kortesi buraxa və senatın üzvlərinin 1/5 hissəsini özü təyin edə bilərdi. Kons­titusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və Qalisiyaya muxtariyyət verildi. Onların öz parlamentləri və hökuməti fəaliyyət göstərməyə başladı. Konstitusiya bütün demokratik azadlıqları, mülkiyyətin və şəxsiyyətin toxunul­mazlığını özündə təsbit etdi. Xuan Karlos isə demokratik dövlətin kralı oldu. 1980-ci ilin yanvarında Katoloniya və Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı kimi baxan və onların buradan çıxarılmasını və burada müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların terrorçu «Eta» təşkilatı fəallaşdı.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin