Avstriya XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində Avstriyanın iqtisadi inkişafında durğunluq başlandı. İşgüzar fəallıq azaldı. Xarici ticarət balansının kəsiri artdı. Qiymətlər və vergilər artırıldı. 1986-cı ildə işsizlərin sayı 206 minə çatdı. Bu isə işləyən əhalinin 7.1%-ni təşkil edirdi. Bu son 30 ildə Avstriyada ən böyük rəqəm idi.
Siyasi həyatda ASP ilə AXP arasında rəqabət gücləndi. 1980-ci ilin mayın 18-dəki prezident seçkilərində ASP-nin namizədi R.Kirxşleger prezident seçildi. 1983-cü ilin aprelin 24-də Milli sovetə sosialistlərdən F.Linovas başsılıq etməyə başladı.
80-c illərin ortalarında Avstriyanın siyasi dairələrində şərait kəskin şəkil aldı. Bu ölkədəki sosial-iqtisadi çətinliklərlə əlaqədar idi. 1986-cı ilin iyulunda prezident seçkiləri kəskin mübarizə şəraitində keçdi. K.Valdhaym prezident seçildi. Kansler isə F.Vranitski oldu. Onların hər ikisi ASP-nin nümayəndələri idi. Avstriya azadlıq partiyası (AAP) ilə ASP arasında 1983-cü ildən yaranmış əməkdaşlıq AAP-nin millətçiik mövqeini tutmasına görə 1986-cı ildə pozuldu.
1986-cı ilin noyabrın 23-də keçirilən növbədənkənar parlament seçkilərində ASP yenə də çoxluq qazandı və Vranitski yenidən baş nazir oldu.
80-ci illərdə Avstriya xarici siyasətdə bitərəfliyini saxlayırdı. Qərbi Avropa ölkələrindən birinci dəfə olaraq o, 1980-ci ilin martında FAT-ı rəsmən tanıdıını bildirdi.
90-cı illərdə də Avstriyanın iqtisadi inkişafı yüksələn xətlə getdi. Xarici siyasətdə isə o əvvəlki xəttini davam etdirdi. 1996-cı illin parlament seçkiləri yenə də sosialistlərə uğur gətirdi. Vranitski kansler vəzifəsində qaldı. Ölkəyə koalisiyalı hökumət rəhbərlik etməyə başladı. 1997-ci ildə keçirilən növbədənkənar parlment seçkilərindən sonra V.Klimin başçılığı altında təşkil edilən koalisiyalı hökumət daxildə və xaricdə bitərəflik statusu çərçivəsində siyasət yeritməklə fəaliyyətini davam etdirirdi.
Dostları ilə paylaş: |