İSVEÇ
İsveç İkinci dünya müharibəsindən sonrakı ilk illərdə. Müharibə dövründə İsveç bitərəfliyini saxladı. İxrac çoxaldı. Sənayesi artdı. Müharibə edən ölkələrdə əlverişli ticarət apardı. Müharibə dövründə hər üç tankdan biri Almaniyada İsveç filizindən hazırlanırdı. İşsizlərin sayı azaldı.
Ölkə üçün müharibədən sonra iqtisadi rəqabət tam xoşagələn oldu. Onlar Avropa ölkələrinə sənaye və tikinti materialları göndərməyə başladılar. Xarici ticarət artdı. 1946-cü ilin sonunda dövlət bankında onun valyuta ehtiyatı 3 mlrd. kron oldu. 20-dən çox ölkəyə kapital qoydu və orada müəssisələr tikdi. Dünya bazarında ABŞ-la rəqabət gücləndi.
Bununula belə, ABŞ İsveçə güclü iqtisadi təzyiq göstərirdi. O, ABŞ-la ABŞ üçün əlverişli maliyyə əməliyyatları aparmağa məcbur oldu. Bu onun qızıl ehtiyatlarını 6 dəfə azaltdı. 1948-ci ildə ABŞ onu «Marşal planı»na qoşulmağa məcbur etdi. Daxili siyasi vəziyyət nisbətən sabit idi.
1945-ci il parlament seçkiləri nəticəsində riksdaqda mütləq əksəriyyəti sosial-demokratlar və kommunistlər tutdular. Burjua partiyaları olan kəndli, mühafizəkarlar, Xalq partiyaları az yer aldalır. Əmək haqları artırıldı, xırda fermerlərin gəlirlərinin artırılması proqramı qəbul edildi. İşsizliyə və xəstəliyə görə müavinət müəyyən edildi. Qadın və kişilərə bərabər əmək haqqı, çoxuşaqlı ailələrə yardım verilməyə başlandı
Bu vaxta qədər mövcud olan 4 partiyalı hökuməti 1945-ci ilin iyulun 20-də birpartiyalı sosial-demokrat hökuməti əvəz etdi. Hökumətin başında İSDP-nin lideri P.A.Xanson dururdu. 1946-cı ilin payızında onun ölümündən sonra Sosial-demokrat partiyasının lideri Taqe Erlander baş nazir oldu. Müharibədən sonrakı ilk illərdə bir sıra islahatlar, o cümlədən, qocalığa, xəstəliyə görə pensiya, aşağı maaşlı dövlət qulluqçularının əmək haqqı artırıldı, səmərəli vergi siyasəti keçirildi, mənzil tikintisi artırıldı, 10 ha-dan az olmayaraq fermerlərə torpaq verildi.
1948-ci il seçkilərindən sonra yenə də sosial-demokrat hökuməti təşkil edildi. Lakin bu dövrdə daxili və beynəlxalq mühafizəkar qüvvələrin təzyiqi altında silahlanma da gücləndi.
İsveçin xarici siyasəti ilk əvvəl bloklara qoşulmamaq xəttinə əsaslanırdı. O ABŞ, Norveç, İngiltərə, Danimarka ilə yaxşı münasibət yaratdı. İsçevin Almaniyanı müdafiə etməsi, bir çox hərbi cani qaçqınların öz ərazisində yaşamasına icazə verməsi Sovet-İsveç münasibətlərini pisləşdirdi. 1946-cı ilin yay-payızında Sovet-İsveç danışıqları nəticəsində uzun müddətli kredit sazişi bağlandı. İsveç SSRİ-yə 1 milyon kron kredit verdi. Bu sovet bazarının açılmasına və işsizlərin çıxıb getməsinə şərait yaratdı. İsveç həmçinin İngiltərə, Norveç, Danimarka, Finlandiya, Hollandiyaya 4 milyon kron kredit verdi. 1946-da o, BMT-yə daxil oldu. İsveç Avropa şurasına, Avropa kömür və polad birliyinə də daxil oldu ki, bu da onun «Qərb dünyası» ilə əlaqəsini göstərirdi.
Dostları ilə paylaş: |