Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İsveç XX əsrin 70-ci illərində



Yüklə 2,21 Mb.
səhifə113/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   186
İsveç XX əsrin 70-ci illərində. 70-ci illərin əvvəllərində İsveç iqtisadiyyatında böhran öz təzahürlərini göstərməyə başladı. 1975-1977-ci illərdə sənaye istehsalı 8,5% azaldı. Böhran daxili bazar üçün işləyən sənaye sahələrinə daha çox toxundu, istehsal aşağı düşdü, xüsusi metallar istehsalı azaldı. Ancaq 70-ci illərin sonunda canlanma baş verdi. İqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün hökümət bir sıra sosial tədbirlər gördü. 1971-ci ildə 40 saatlıq iş həftəsi haqqında, əməyin mühafizəsi və məşğulluq təminatı haqqında qanun verildi. Sənayenin inkişafı üçün 1962-ci ildə 60 mlrd kron pensiya fondundan vəsait ayrıldı.

İqtisadi çətinliklər siyasi sabitliyə də təsir göstərdi. Ölkəyə rəhbərlik üstündə burjua partiyaları ilə sosial-demokratlar arasında mübarizə kəskinləşdi. 1973-cü il riksdaq seçkilərində burjua partiyaları səslərin yarısını aldılar. Sosial-demokratlar hakimiyyətdə qalsalar da, bu və ya digər islahatın fəal həyata keçirilməsini təmin edə bilmədilər. İsveçin sol dairələri bu şəraitdə yeni mütərəqqi islahatlar təklifi ilə çıxış etdilər.

1975-ci ildə İsveçdə yeni Konstitusiya qəbul edildi. Riqsdaqın rolu artırıldı. Riqsdaqa əhali tərəfindən üç ildən bir 349 deputat seçilirdi. Ölkə əhalisinin 18 yaşdan yuxarı hamısı seçə və seçilə bilərdi. Siyasi partiyalar riksdağa öz nümayəndələrini göndərmək üçün ölkə seçicilərinin 4%-nin, seçki dairələrinin isə 12%-nin səsini almalı idlər. Riksdaq baş naziri təyin edir və azad edirdi. Dövlətin başçısı olan kral əməli olaraq heç bir siyasi hakimiyyətə malik deyil. 1973-cü ildən İsveç kralı XVI Karl Qustavdır. Bütövlükdə Konstitusiya burjua-demokrat xarakteri daşıyırdı.

70-ci illərin II yarısında ölkədə şərait dəyişildi. 1976-cı ilin sentyabrın 19-da burjua partiyaları riksdaqda əksəriyyət yer tutdular (180 yer). Sosial-demokratlar müxalifətə keçdilər. 1976-cı ilin oktyabrın 8-də Mərkəz partiyasının sədri T.Feldin üç burjua partiyadarının nümayəndələrindən ibarət hökumət təşkil etdi.

Sosial-demokratların məğlubiyyətinin səbəbi onların vergi siyasətləri və xalqın AES tikintisindən narazılığı idi. 18-20 yaşlı seçki hüququ olan gənclər də burjua partiyalarının təsirinə düşərək sosial-demokratları «xüsusi təşəbbüsü sıxışdırmaqda» təqsirləndirdilər. Lakin burjua hökumətinin də mövqeyi möhkəm deyildi. 1977-də ildə hökumət antiböhran təklifi irəli sürdü, vergilər artdı, kronun 2 dəfə bərpası getdi. Sahibkarlardan alınan vergi isə azaldıldı. Bu əslində «kəmərləri bərkitmək» siyasəti idi. Bu siyasət sol qüvvələrin narazılığına səbəb oldu. 70-ci illərdən ölkədə fikir müxtəlifliyi gücləndi.

70-ci illərdə İsveç beynəlxalq gərginliyinin zəifləməsini müdafiə etdi. 1972-ci ildə o, ADR-lə, 1973-də SSRİ ilə diplomatik münasibətlər yaratdı. NATO-ya girmədi, lakin ona daxil olan ölkələrlə əməkdaşlıq etdi. 1977-ci ildə İsveç BMT-nin atom silahlarının bütün sferada sınaqdan keçirilməsinə qarşı çıxan müqayilə layihəsini bəyəndi. 1978-ci ildə İsveç ABŞ-ın neytron bombasını Avropada yerləşdirmək təklifinin qəti əleyhinə çıxdı.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin