Sosial qarşıdurmanın yumşaldılması. SSRİ və digər sosialist ölkələrinin nəzəriyyədə irəli sürdüyü prinsiplər əslində Qərbi Avropa və Şimali Amerikada daha səmərəli həyata keçirilmişdi. Bu ölkələrdə həyata keçirilən tədbirlər iqtisadi, sosial siyasi xarakterli problemlərin həllində mühüm rol oynadı. Məşğulluq, mənzil tikintisi, kənd təsərrüfatı qiymətlərinin müntəzəm aşağı salınması, işsizlərə yardım edilməsi, qocaların və əmək qabiliyyətini itirənlərin pensiya təminatı problemlərinin həll etmək üçün dövlətdən istifadə Qərbin inkişaf etmiş ölkələrinin hakim dairələrinə imkan verdi ki, sosial münaqişələrin kəskinliyini zəiflətsin. Bütün bunlarla bərabər, böhran kapitalist həyat tərzinin gündəliyində həmişə qalır. Bir çox ölkələrdə sosial münaqişələr özünü tətillər, münayişlər vasitəsilə büruzə verir.
Onu da qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsindən sonrakı ilk onilliklərdə İtaliya, Fransa və bir sıra kapitalist ölkələrində kommunist partiyaları sosial və daxili siyasi inkişaf meylləri və prosesinə öz böyük təsirini göstərmişdi. Onların təsiri altında hakim dairələr XX əsrin 50-60-cı illərində bu ölkələrdə sosial qanunvericilik, milliləşmə, dövlətin nəzarətedici və tənzimləyici funksiyasının genişlənməsi haqqında qərarlar qəbul etmişdilər. Lakin SSRİ-nin və dünya sosializm siseminin 80-90-cı illərdə dağılması nəticəsində kommunist partiyaları dünyanın inkişaf etmiş zonalarında ictimai-siyasi arenadan yoxa çıxmış oldu.
Dostları ilə paylaş: |