Müasir Qərb cəmiyyətinin sosial quruluşu. ETİ-nin və iqtisadi inkişafın təsiri altında Qərb cəmiyyətinin sosial strukturunda da dərin dəyişikliklər baş verdi. İstehsalatda insan amilinin rolu artdı. İşçi qüvvəsinin təhsil və ixtisas səviyyəsinin yüksəldilməsi zəruri tələbata çevrildi. İşçilər içərisində zehni əməklə məşğul olanların sayı artdı. Texnikanın inkişafı ilə bir sıra yeni ixtisaslar (məsələn, kompüterçi, proqramist, biotexnoloq və s.) yarandı. Zehni əməklə məşğul olanlar inzibati-xidmət aparatında da mühüm yer tutmağa başladılar. «Yeni orta sinfin» iqtisadi və sosial dəyəri sənaye cəmiyyətinin sosial strukturunda da dəyişikliklərə gətirib çıxartdı. Jəmiyyətin əvvəlki bölgüsündən fərqli olaraq indi onun xeyli hissəsini «orta sinfin» nümayəndələri tutmağa başladı. Bu sinfin öz təşkilində dərin dəyişikliklər başlandı. «Ağ qalstukluların» müxtəlif qrupları içərisində fermerlər, xırda sahibkarlar və səhm sahilləri daha mühüm yer tuturdular.
Beləliklə keçmiş piramidaya oxşar sosial strukturun yerində indi görünüşlü model yarandı ki, bu modeldə orta təbəqələr əhalinin yuxarı və aşağı təbəqələri ilə müqayisədə çoxluq təşkil edirdilər.
Müasir Qərb sosioloqları Qərb ölkələrində yaşayan əhalini bir neçə kateqoriyalara bölürlər. Ən yüksək təbəqəyə menecerlər, iri korporasiyaların sahibləri, yüksək inzibati və hərbi rütbə sahibləri, mədəniyyət, səhiyyə və elmin görkəmli nümayəndələri daxil edilir. İkinci təbəqə yüksək təbəqə adlanır ki, buraya firma menecerləri, yüksək mühəndis-texnik kadrları, hüquqşünaslar, universitet müəllimləri, yüksək əmək haqqı alan həkimlər, birja brokerləri aid edilir. Üçüncü təbəqə ali orta təbəqə adlanır ki, buraya orta müəssisəni idarə edənlər, müəllimlər və həkimlər aiddir. Dördüncü təbəqə ortadan orta təbəqə hesab edilir ki, buraya sığorta kompaniyasının qulluqçuları, bank işçiləri, fəhlələrin yüksək təbəqəsi, ibtidai sinif müəllimləri, huveynerlər daxildir. Beşinci təbəqəyə orta aşağı təbəqə hesab edilir ki, buraya taksi sürücüləri, ofisiantlar, şveysarlar, orta ixtisas təhsilli işçilər daxildir. Ən aşağı təbəqəyə isə ixtisassız işçi qüvvəsi, xadimələr, zibil daşıyanlar, bağbanlar, xidmətçilər daxildir. Ən son təbəqə isə dilənçi vəziyyətində olan işsizlər və avaralar hesab olunur.
Dostları ilə paylaş: |