Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


A.Merkel hökumətinin daxili siyasəti



Yüklə 2,21 Mb.
səhifə36/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   186
A.Merkel hökumətinin daxili siyasəti. 2005-ci ilin sentyabrın 18-də AFR-də növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərə üç ay qalmış Demokratik sosializm partiyasının və keçmiş sosial-demokratlar qrupunun birləşdirilməsi yolu ilə təşkil edilmiş Sollar partiyası da iştirak etdi və 5%-lik həddi keçərək 8,7% səs toplayıb bundastaqda 54 yer qazandı.

ASDP – 34,3 %, XDİ/XSİ 35,2%, «Yaşlılar» partiyası isə 8,1 % səs topladı. Nəticədə AFR tarixində ikinci dəfə (birinci dəfə 1966-1969-cu illərdə təşkil edilmşidir). ASDP ilə XDİ/XSİ-nin üzvlərindən ibarət «böyük koalisiya» hökuməti təşkil edildi. XDİ-nin lideri Angela Merkel kansler seçildi. Xarici işlər naziri Frank-Valter Staynmayer isə sosial-demokratlardan idi.

2006-cı ilin mayında ASDP-nin sədri Kurt Bek seçildi. 2004-2006-cı illərdə partiya öz tərkibini 7%-ə qədər itirdi. Onun tərkibində 590 min nəfər qaldı.

Kansler A.Merkel «saflaşdırma, islahatlaşdırma, sərmayə ayırmaq» şüarını irəli sürdü. Vergi qoymaq məsələsində hər iki hakim partiya qarşılıqlı surətdə güzəştə getdilər. 2007-ci ildən pensiya yaşını 65-dən 67-yə qədər artırmaq məsələsi irəli sürüldü. Bu işi 2009-cu ilə qədər həll etmək nəzərdə tutulurdu.

Yeni kabinetin qarşısında duran vəzifələrdən biri büdcənin «sabit­ləş­dirilməsi» məsələsi idi. Bundan məqsəd dövlət borclarının ödənilməsi idi. 2010-cu ilə qədər məmurlar üçün olan mükafatlar məhdudlaşdırıldı, parlamentarilər və ştat-katiblər üçün isə tamamilə təxirə salındı. 2007-ci ildən gəliri 500 min avrodan yuxarı olanlar üçün vergilər 42%-dən 45%-ə qaldırıldı. İqitsadiyyatı canlandırmaq və əmək bazarını tənzimləmək üçün 25 milyard avro sərmayə ayırmaq nəzərdə tutulurdu. Ölkədə 5 milyon işsizin (ölkənin əməkqabiliyyətli əhalisinin 12,1%-i) olması da böyük problem idi.

2007-ci ildə Şröderin kanslerliyi dövründə keçirilmiş islahatlar öz bəhrəsini verdi. 2007-ci ilin yekunlarına görə Almaniya iqitsadiyyatının artım surəti Avropada ən yüksək hesab edilirdi. 2008-ci ildə ölkədə 1,5 milyona qədər işsiz var idi. Bunun bir səbəbi də pensiyaya çıxarılanların çox olması ilə əlaqədar idi. İqtisadi artımın davam etməsi isə ilk növbədə ixracla bağlı idi. Məsələn, BVM alman avtokonserni 2007-ci ildə 1,5 milyon ədəd avtomobil satmışdı ki, bu 2006-cı ildə satdığından 9% çox idi.

A.Merkel hökuməti dövlət işçilərinin əmək haqqını dondurdu. Hökumət 2007-ci ildə kömür şaxtalarının 2017-ci ilədək işinin dayandırılması haqqında qərar qəbul etdi ki, bu 30000 fəhlənin işsiz qalması demək idi. Saarda zəlzələ nəticəsində kömür şaxtalarında iş daha əvvəl dayandırılmalı oldu. Bu isə hökumətdən narazılığı daha da gücləndirirdi.

2008-ci ilin martında 1,3 milyon işçinin tətilindən sonra əmək haqqı məsələsində hökumətlə həmkarlar ititfaqı arasında kompromiss alındı.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin