Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ



Yüklə 2,21 Mb.
səhifə38/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   186
IV. FRANSA
Fransa üçün ikinci dünya müharibəsinin nəticələri. Birinci dünya müharibəsində olduğu kimi, İkinci dünya müharibəsindən də Fransa qalib dövlət kimi çıxdı. Lakin bu qələbənin nəticələri onun üçün o qədər də ürəkaçan deyildi. Birinci dünya müharibəsi ilə müqayisədə Fransanın insan itkisi xeyli az – 600 min nəfər olsa da, ölkə ərazisində dağıntılar daha çox idi. 1400 min hektar torpaq sahəsi, 2 mlyon 100 min ev, 253 min kəndli təsərrüfatı, 195 500 sənaye müəssisəsi, 1000 körpü yararsız hala düşdü. Ölkəyə dəyən ümumi zərər 4,8 trilyon frank təşkil edirdi. 1945-ci ildə dövlət büdcəsinin kəsiri 200 milyard frank təşkil edirdi. Müharibə nəticəsində sənaye istehsalı 1938-ci illə müqayisədə 38%-ə, kənd təsərrüfatı məhsulları istehsalı isə 50%-ə düşdü. Frankın dəyəri 6 dəfə azaldı. Fransanın məhsuldar qüvvələrinin 10%-i məhv edildi. Müharibə Fransanın dünyadakı nüfuzunu xeyli sarsıtdı. Çünki o ABŞ-dan iqtisadi cəhətdən asılı düşdü və ona borclu olan dövlətə çevrildi. Fransada işsizlərin sayı 600 mini ötüb keçdi.

Müharibə Fransanın bir müstəmləkəçi dövlət kimi də zəifləməsinə səbəb oldu. Belə ki, 1943-cü ildə Suriya, 1945-ci ildə Livan onun mandatından çıxdı, Hind-Çində milli-azadlıq hərəkatı gücləndi. 1946-cı ildə Vyetnam xalqı öz azadlığı uğrunda müharibəyə başladı.

İkinci dünya müharibəsinin son dövründə sinfi qüvvələrin yenidən qruplaşması başlandı. Köhnə siyasi partiyaların bir çoxu dövrə uyğun gəlmədiyinə görə sıradan çıxdı. Başqaları isə öz sıralarını yenidən qurdu və bir sıra yeni partiyalar yarandı. Fransa kommunist partiyası (FKP) Fransada müqavimət hərəkatında fəal iştirakına görə böyük nüfuza malik idi və ən çoxsaylı partiyalardan biri idi. Bu partiyanın üzvlərinin sayı 1945-ci ildə 800 min nəfəri ötüb keçdi. Digər partiya xalq içərisində böyük nüfuza malik Fransa sosialist partiyası (FSP) idi. 1946-cı ildə onun üzvlərinin sayı 350 min nəfər idi. 1944-cü ildə köhnə katolik partiyasının yerində inhisarçı burjuaziyasının mənafeyini müdafiə edən Xalq Respublika hərəkatı (XRHP) partiyası yarandı. Bu partiyanın görkəmli nümayəndələrindən Şuman, Bido, Manto və başqalarını göstərmək olardı. Digər yeni yaranan partiya əsasən inhisarların və iri burjuaziyanın mənafeyini müdafiə edən 1945-ci ildə təşkil edilmiş Respublika azadlığı (RAP) partiyası idi. Yaranan yeni partiyalardan biri də Şarl de Qollun başçılıq etdiyi Aşkarlar ittifaqı idi. Müqavimət hərəkatının bir çox üzvləri isə Müqavimətçilərin demokratik və sosialist ittifaqı partiyasını (MDSİP) yaratdılar ki, o, əsasən xırda və orta burjuaziyanın mənafeyini müdafiə edirdi. Bu partiyada ən çox iri dövlət məmurları təmsil edilmişdi. Xırda və orta burjuaziyanın mənafeyini müdafiə edən radikallar partiyası da öz fəaliyyətini davam etdirməyə başladı. Fransa həmkarlar mərkəzi Ümumi əmək konfederasiyasına çevrildi. 1946-cı ildə onun tərkibində 5,5 milyon fəhlə var idi. Bu partiya və təşkilatlarla bərabər bir sıra sağ siyasi qruplaşmalar da meydana çıxdı.

Ümumiyyətlə, Fransanın 1944-cü ildən bu vaxta qədər olan tarixini dövlət quruluşu və sinfi qüvvələrin yerləşməsinə görə üç dövrə bölmək olar:

I dövr – 1944-1946-cı illəri əhatə edən müvəqqəti rejim dövrü

II dövr – 1946-1958-ci illəri əhatə edən dördüncü respublika dövrü

III dövr –1958-ci ildən hal-hazıra qədər davam edən beşinci respublika dövrü.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin