Portuqaliya……………………………………..…....378
XIII. Avropa və Amerika ölkələrinin əsas inkişaf meylləri……………………………………………....388
XIV. Beynəlxalq münasibətlər…………….………..401
XV. Lüğət……………..………………………….….445
XVI. Böyük dövlətlərin inzibati-ərazi bölgüsü…...….……………………………………….454
XVII. Xronoloji cədvəl……………………………...472
Məsləhət görülən ədəbiyyat………………………...490
I. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri. ABŞ İkinci dünya müharibəsində də ən çox qazandı və Yer kürəsində özünün birinci super dövlət olduğunu bir daha təsdiq etdi. Müharibədə iştirak edən digər ölkələrlə müqayisədə onun əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları ötüb keçdi. Bu dövrdə ölkədə avtomobil istehsalı dörd dəfə artdı. Onun silahlı qüvvələri döyüş qabiliyyətinə və təchizatına görə müharibədən əvvəl 17-ci yerdə idisə, müharibədən sonra dünyada birinci yeri tuturdu və tərkibində 12 milyondan çox əsgər və zabit vardı. ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da SSRİ ilə müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o, dünya sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızılının isə 73%-ni bu güclü dövlətin əlində mərkəzləşmişdi. ABŞ-ın belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən edirdi. Müharibə illərində Avropanın qabaqcıl dövlətlərindən olan İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə, Almaniya və Yaponiya isə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif və gücsüz rəqiblərə çevrilmişdi. Digər tərəfdən isə ABŞ-ın özündə daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı, həmçinin məhsuldar qüvvələrin coşğun yüksəlişi imkan verirdi ki, o, super dövlət statusunu qoruyub saxlasın.
Artıq 1945-ci ildə ölkədə 129 milyard dollar dəyərində tez reallaşa bilən vəsait var idi.
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası var idi. Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 milyard dollar xərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 milyard dollar təşkil edirdi.
Dostları ilə paylaş: |