4CU SUAL KEÇİCİLİYİN HƏNDƏSİ PARAMETRLERİ
Keçicilik qabiliyyәti dedikdә avtomobilin çәtin yol v ә ya yolsuzluq şәraitindә yüksәk orta sürәtlә yük, sәrnişin vә ya xüsusi avadanlıq daşıma qabiliyyәti başa düşülür. Keçicilik – avtomobilin kompleks xüsusiyyәti olub, onun çevikliyini vә qәnaәtliliyini xarakterizә edir.
Keçicilik qabiliyyәtinә görә avtomobil üç kateqoriyaya bölünür: mәhdud, artırılmış vә yüksәk keçicilikli. Mәhdud keçicilik qabiliyyәtli avtomobillәr (yol avtomobillәri) bәrk örtüklü yollarda vә ilin quru vaxtlarında torpaq yollarda istismar olunmaq üçün nәzәrdә tutulur. Әlavә vasitәlәr istifadә edilәrsә (sürüşmәyә qarşı zәncirlәr, tağlı şinlәr), onlar daha mürәkkәb şәraitdә işlәyә bilәr. Natamam ötürmәli avtomobillәrә 42, 62, 64, 84 tәkәr düsturlu avtomobillәr aiddir.
Artırılmış keçicilik qabiliyyәtli avtomobillәr әsasәn mәhdud keçicilikli avtomobillәrin bazasında, ötürmәni bütün tәkәrlәrә vermәklә, ә lavә paylayıcı qutu vә idarә olunan tәzyiqli şinlәrdәn istifadә etmәklә әldә edilir. Bәzi hallarda belә avtomobillәrdә bloklanan vә ya yüksәk sürtünmәli diferensiallardan, maneәlәri dәf etmәk üçün bucurqad vә başqa quruluşlardan istifadә edilir.
Yüksәk keçicilik qabiliyyәtli avtomobillәr xüsusi olaraq yolsuzluq şәraitindә işlәmәk üçün layihәlәndirilir, onlar әrazidә rast gәlinәn maneәlәri dәf etmәk imkanında olmalıdırlar.
Maneәlәr әrazinin profili vә ya dayaq sәthinin zәif aparma qabiliyy әtindәn yaranmaqla iki qrupa bölünür. Avtomobilin qeyd olunan mane әlәri dәf etmәk imkanı profil vә dayaq-ilişmә keçiciliyi ilә qiymәtlәndirilir. Çәtin keçilәn marşrutlarda bu vә digәr maneәlәrә rast gәlinir. Buna görә dә avtomobilin keçiciliyi ümumi halda onun profil vә dayaq-ilişmә keçiciliyindәn asılıdır.
Dostları ilə paylaş: |