Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOLLARIN TİKİNTİSİNDƏ TƏBİƏTİN MÜHAFİZƏSİ TƏLƏBLƏRİNİN



Yüklə 0,9 Mb.
səhifə9/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Avtomobil yollarının müasir problemləri

9. YOLLARIN TİKİNTİSİNDƏ TƏBİƏTİN MÜHAFİZƏSİ TƏLƏBLƏRİNİN

NƏZƏRƏ ALINMASI
Trassa istiqamətinin seçilməsi zamanı və tikinti prosesində ətraf mühitin qorunması üzrə tədbirlər görürlər. Belə ki, yolların tikilməsi təbiətin ekoloji tarazlığının dəyişməsinə təsir edir. Həmçinin yollar keçən rayonların təsərrüfatlarına təsir edir.

Məhsuldar torpaqların yolların salınması üçün götürülməsi kənd təsərrüfatına böyük iqtisadi ziyan vura bilər. Yolların tikintisi zamanı kortəbii aparılan torpaq işləri təbiət lanşaftının görünüşünün pozulmasına səbəb ola bilər.

Bununla belə yollar özlərinə çoxlu insanları cəlb edir. 1000-1500 avt/sut intensivliyi ilə yollardan 1 milyondan çox adamlar keçir. Ona görə də yollara böyük mühəndis qurğusu kimi yüksək arxitektor-estetik tələblər qoyulmalıdır. Bununla belə ətraf landşaft nəzərə alınmalıdır. Eyni zamanda yolların birləşdiyi yerlərdə məsələn, dayanacaqlarda, meydanlarda lazımi rahatlıq və sanitar gigiyenik tələblər nəzərə alınmalıdır.

Müasir yol inşaatçıları güclü enerji ehtiyatlarına malikdirlər. Dağlarda yollar çəkilərkən aparılan partlama işləri daş uçqunlarının əmələ gəlməsinə səbəb olur. Mailliklərin dərin qazmalarla kəsilməsi sürüşmə proseslərini yaradır. Bataqlıqlarla kəsişmələrdə tökmə işlərinin aparılması mövcud hidroloji rejimin pozulmasına səbəb olur. Yolun maili hissələrində suların maillik boyu axıdılması üçün aparılan işlər yol ətrafı ağacların, yaşıllığın qurumasına səbəb olur.




Böyük miqdarda meşə sahəsinin məhv edilməsi, ağacların keçilməsi həmin ərazilərdə yaşayan heyvanların həyat şəraitinin dəyişməsinə səbəb olur. Onların qəflətən yola çıxması yol - nəqliyyat - hadisələrinin baş verməsinə səbəb olur. Meşə massivlərində yolların kənarların, hündür maneələrlə (məhdudiyyətlərlə) təchiz edirlər və heyvanların keçməsi üçün xüsusi keçidlər qoyurlar, ona görə də yüksək intensivliyə malik yolların qoruqlardan keçməsinə imkan verilmir.

Avtomobillərin hərəkəti həmçinin ətraf mühitin çirklənməsinə səbəb olur. Avtomobilin hərəkəti zamanı yaranan səs və vibrasiya yol ətrafı tikililərə və həmçinin əhalinin sağlamlığına və iş qabiliyətinə mənfi təsir göstərir. Avtomobilin hərəkəti zamanı binalarda əmələ gələn rəqslər belə yerlərdə yüksək dəqiqlik tələb edən laboratoriyaların tikilməsinə maneçilik törədir. Sanitar norma yaşayış məhəllələrində səsin səviyyəsini 50-60 dBa, kurortlarda 40-50 dBa həddində məhdudlaşdırır.

Hərəkətdən əmələ gələn səsin təsirinin qarşısının alınmasının rasional (əlverişli) üsulu yolların tikililərdən elə məsafədə çəkilməsidir ki, bu zaman nəqliyyat səsləri buraxıla bilən normanı aşmır.

Nəqliyyat səslərindən qorunmanın üsulları aşağıdakı sxemlər üzrə yerinə yetirilir.

Yolların layihələndirilməsi zamanı təbiətin mühafizəsi tələblərinin nəzərə alınması yalnız onun qorunması üzrə olan tədbirlərdə məhdudlaşmır.

Yolların məqsədyönlü şəklə salınması həmçinin ətraf yerlərin yaxşılaşdırılmasına səbəb olur. Yol ətrafı yaşıllıqlar verilmiş yerin görünüşünü daha da yaxşılaşdırır.

Yolların salınması zamanı ətraf mühitin və təbiətin mühafizəsi məsələsi ümumdövlət əhəmiyyətli məsələ olduğu üçün ona ayrılan vəsait məqsədli şəkildə istifadə olunmalıdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin