Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


TƏBİİ-İQLİM AMİLLƏRİNİN YOLUN NƏQLİYYAT-İSTİSMAR



Yüklə 0,9 Mb.
səhifə10/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
Avtomobil yollarının müasir problemləri

10. TƏBİİ-İQLİM AMİLLƏRİNİN YOLUN NƏQLİYYAT-İSTİSMAR

XARAKTERİSTİKASINA TƏSİRİ
Yolların layihələndirilməsi üçün inşaat norma və qaydaları yaxşı hava şəraitini nəzərə alaraq yolun elementlərinə tələblər qoyur. Belə qəbul olunur ki, yol örtüyü təmizdir və zəif rütubətli vəziyyətdə yerləşir. Görünmə atmosfer şəraitindən asılı olaraq məhdudlaşmır. Bu göstəricilər sutkanın işıqlı vaxtına və yay fəslinə uyğun gəlir.

Lakin real şəraitdə avtomobilin yaz, payız və qış fəsillərində istismarı mövcuddur və məlum olduğu kimi bu fəsillərdə yollar çirkli, yaş və yaxud qarla örtülü olur. Bütün bu vəziyyətlər uzun müddət davam edir və hərəkət şəraitini pisləşdirir. Şinlərin yol örtüyü ilə ilişmə əmsalı aşağı düşür, tormoz yolunun uzunluğu artır.

Sürücülərə yazda və payızda yollarda avtomobilin təkərinin buraxdığı iz (yaş yollarda) müəyyən psixoloji təsir göstərir. Sürücü çalışır ki, həmin iz üzrə hərəkət etsin. Qışda, yoldan onun kənarına yığılmış qar yığını da həmçinin müəyyən psixoloji təsir göstərir. Belə ki, həmin qar yığının əriməsi nəticəsində yolun ora yaxın hissəsi həmişə yaş olur. Sürücü avtomobilin yolun çiyin hissəsinə sürüşməsində ehtiyat edərək həmişə nəqliyyat vasitəsini hərəkət hissəsinin ortası ilə idarə etməyə çalışır. Bu da yol-nəqliyyat hadisəsinin artmasımı səbəb ola bilər. Yol üzrə orta sürət aşağı düşür.

Atmosfer yığıntılarının düşməsi zamanı (yağış yaxud qar yağması) yaxud meteoroloji görünmənin pisləşməsi zamanı duman vaxtı əksər sürücülər sürəti azaldır. Sürətin azaldılması həm ilişmənin pisləşməsi ilə əlaqədar olur, yəni ilişmə əmsalının azalması ilə əlaqədar olur, həm də işləyən şüşətəmizləyənlə sürücü diqqətini cəmləşdirə bilmir həmi bununla bağlı olur. Lakin elə sürücülər olur ki, bu amilləri nəzərə almır.

Beləliklə, hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq baş verən hər bir hərəkət rejim dəyişiklikləri son nəticədə sürətin azalmasına gətirib çıxarır və ilişmə əmsalının azalması hesabına axında avtomobillər arasında məsafənin artmasına səbəb olur.

Bu faktorların təsiri yolun buraxım qabiliyyətinin azalması ilə nəticələnir və bunu da daşıma prosesində nəzərə almaq lazımdır.



Hərəkət hissəsinin vəziyyətindən asılı olaraq sürətin, buraxma qabiliyyətinin orta qiymətlim aşağı düşməsi aşağıdakı kimidir:


ÖRTÜK

Quru,

təmiz

Yaş

Yaş,

çirkli

Qar

Çovğun




Nisbi sürət

azalması, (dəfə)

1,0

0,9

0,7

0,6

0,4




Nisbi buraxma qabiliyyəti (dəfə)

1,0

0,85-0,9

0,65

0,7-0,8

0,6




Metroloji görünmə, m

700

500

400

300

200




Nisbi sürət

1

0,95

0,8

0,73

0,52





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin