MAARİF PROSESİ –dövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur.
MAGİSTRATURA – ali təhsilin ikinci səviyyəsi.
MAGİSTR (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi.
MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏT - məktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v. ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir.
MƏKTƏBDƏNXARİC İŞ- mədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir.