UŞAĞIN MƏDƏNİ MÜHİTİ- bütün tədris fənlərinin məzmunundakı mədəni komponentlərin formalaşdırdığı uşağın tədris və həyat fəaliyyəti mühiti: tədrisdə aktivliyi və özünütəhsil fəaliyyətindəki mədəniyyət; tədris müəssisəsinin mədəni səviyyəsi; uşaq və b-ci ildən nəzərdə tutulub.
UŞAĞIN MƏKTƏBƏ HAZIRLIĞI – tərkibinə şəxsi və intellektual hazırlıq və həmçinin görmə-duyma əlaqəsinin daxil olduğu kompleks anlayışdır. Şəxsi hazırlıq – tədris fəaliyyətinin motivlərinin olması ( sadəcə məktəbə getmək istəyinin olması deyil, həm də oxumaq istəyinin, təhsil vəzifəsinin irəli sürdüyü tapşırıqları yeriə yetirməkdən) xarici mühiti öyrənmək istəyi, kommunikativ vəsait və bacarıqların formalaşması, ünsiyyət istəyi, psixoloji- ruhi vəziyyətin uyğunluğu ilə göstərilir. İntellektual hazırlıq – sistemli tədris prosesinin yaranması üçün tədris prosesləri (hissetmə, yaddaş, düşüncə, təfəkkür və s.), standart uşaq bağçası bilik və bacarıqları səviyyəsində uşağın biliklərə yiyələnməsi. U.m.h. tədqiqi üçün müxtəlif metodikalar kompleksi, şəxsiyyətin dərketməsi və qavrama qabiliyyəti və s. Istifadə edilir.
UŞAQLIQ – insanın yaşlılıqdan əvvəlki inkişaf dövrü; orqanizmin sürətli inkişafı və ali psixoloji funksiyaların formalaşması dövrü xarakterizə olunur. U. BMT-nin uşaq hüquqları haqda konvensiyası, beynəlxalq normalarına əsasən insanın doğumdan yeniyetməlik dövrünə qədər inkişafı ilə xarakterizə olunur (18 yaşa qədər). Pedaqogikada təyin edilmiş yaş dövrünə uyğun olaraq uşaqlıq 11 yaşa qədər olan dövrü əhatə edir və tərkibinə daxildir: körpəlik-1 yaşa qədər; erkən uşaqlıq – 3 yaşa qədər; məktəbəqədərki dövr – 7 yaşa qədər, aşağı sinif yaşı -10-11 yaşa qədər.