TƏRBİYƏ METODLARI-uşaq həyatının, fəaliyyətinin, münasibətlərinin, ünsiyyətinin,davranış aktivliyinin təşkilinin, böyüklər və uşaqlar arasında ped.qarşılıqlı təsirin üsularının təşkil edilməsi. Tərbiyə metodlarının seçilməsi tərbiyə məqsədlərindən; fəaliyyətin aparıcı növündən; tərbiyə məzmunu və qanunauyğunluqlarından; konkret məqsədlərin və şərtlərin həlli; şagirdlərin yaş, fərdi, cinsi xüsusiyyətlərinin nəzərə alınması, davranış əsaslanmasından asılıdır.
TƏRBİYƏ MÜNASİBƏTLƏRİ – mənəvi, ruhi inkişafa və təkamülə istiqamətlənmiş tərbiyə prosesində insanlar arasında yaranan çoxnövlü münasibətlərdir.
TƏRBİYƏ MÜHİTİ – uşağın həyat fəaliyyəti və şəxsiyyət kimi formalaşmasa təsir edən təbii və məişət şərtlərinin cəmi. T.m. növləri: qanunauyğun olmayan, avtoritar və optimal.
TƏRBİYƏ PROSESİ – ped. qarşılıqlı təsir prosesi, şəxsiyyət və cəmiyyətin tələbi əsasında şəxsiyyətin formalaşması, tərbiyə edilənlərin sos. və mənəvi təcrübəsinin, dəyərlərinin və münasibətlərinin formalaşması.
Dostları ilə paylaş: |