TƏRBİYƏVİ TƏSİRİN BÖHRANI – tərbiyə prosesi zamanı yaranan çətinliklər, problemlər: fəaliyyyət böhranı ( inkişaf prosesi dayanır, yəni hər şey artıq durğunlaşır), mühitin böhranı ( uşağı əhatə edən mühit ona müsbət emosiya vermir), əşyaların böhranı, sözlərin böhranı.
TƏRBİYƏDƏ YAŞ YANAŞMASI – şəxsiyyətin inkişaf qanunauyğunluqlarının (fiziki, psixi, sos. ) nəzərə alınması, həmçinin tərbiyə edilənlər qrupunun yaş tərkibinə əsasən sos-psixoloji xüsusiyyətlərinin nəzərə alınması .
TƏRBİYƏ FƏLSƏFƏSİ – tərbiyənin mahiyyətinin, prinsip və dəyərlərinin şərhi.
TƏRBİYƏNİN MƏQSƏDİ – cəmiyyətin müəyyən tip şəxsiyyətə olan tələbatının ifadəsi, onun varlığına, induviduallığına, xüsusiyyət və keyfiyyətlərinə, əqli, fiziki, mənəvi, estetik inkişafına və həyata baxışına dair ideal tələblərin nəzəri ümumiləşməsidir.
TƏRBİYƏ NƏZƏRİYYƏSİ- tərbiyənin məqsədi, qanunauyğunluqları, aparıcı qüvvələrinin, onun əsas struktur elementlərini və metodikasını açıqlayır.
TRAYNİNQ- məqsədi cəmiyyətdə şəxsiyyətlərarası və professional hazırlığı inkişaf etdirmək olan interaktiv təlim növü. Müəllimin professional hazırlığında ən mühüm metodlardan biri hesab olunur.
Dostları ilə paylaş: |