VUNDERKİND – qeyri-adi bacarıqları ilə fərqlənən uşaq.
Y YAŞLILARIN TƏHSİL NÖVLƏRİ – həyata keçirilən funksiyaların oxşarlıq xüsusiyyətlərini nəzərə almaqla qruplaşdırılan proqramlar və onlara uyğun idarələr. Növlərin cəmi müxtəlif əsaslara əsasən bölünür, onlardan ən əsasları: a) təhsil fəaliyyətinin yaşlıların təhsilinin sosial funksiyalarından irəli gələn bu və ya digər məsələlərin həllinə yönəlməsi -əlavə, kompensator, uyğunlaşdırıcı, qabaqlayıcı; b) əvvəl alınmış təhsil növünün və keçdiyi təhsil pilləsinin xüsusiyyətləri – baza, modernləşdirən, “ təzələyici”, yenilənmiş. Qeyd olunan əlaqələrin formal, şərtidir. Birinci halda bilik və bacarıqların kəmiyyət artımına yönəlmiş müəssisələr qrupu nəzərdə tutulur; ikinci halda – artıq mövcud olan biliklərin artması; üçüncü halda şəxsiyyətin yaradıcı istiqamətdən bütün cəhətlərdən biliklənməsi.