TƏHSİL SİSTEMİNDƏ İNNOVATİV PROSESLƏR- ped. yeniliklərin yaranma, qəbul edilmə, dəyərləndirmə, mənimsəmə, tətbiq və s. prosesləri.
TƏHSİL FƏALİYYƏTİNİN SUBYEKTLƏRİ - təhsil sisteminin fəaliyyət və inkişaf məsələləri ilə məğul olan şəxslər və ya şəxs qrupu. 5 növə bölünür: a) təhsil siyasətinin yaradıcıları; b) təhsilin məzmunu, istiqamətləri, həyata keçirilmə üsulları barədə qərar qəbul edən subyektlər; c) təhsilin milli, regional, lokal səviyyədə təşkilatçıları; d) təhsil müəsisələri; д) tədris və digər pedaqoji fəaliyyətlə məşğul olan şəxslər
TƏKRAR –şagirdlərin biliklərini möhkəmləndirmək cə sistemləşdirmək üçün dərs prosesi zamanı keçilmiş mpvzulara yanidən müraciət edilməsi. Təkrar prosesi mövzunun yanidən əzbərlənməsi demək deyildir. Keçilmiş mövzu yeni qaydada, yeni suallar toplsu ilə başqaq şəkildə keçilir.
TƏLƏBƏ (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır.