TƏDRİSİN FƏRDİLƏŞMƏSİ – şagirdlərin şəxsi keyfiyyətlərini, onların intellektual inkişaf səviyyəsini, idrakı maraqlarını, sosial statusnu, təhsilin keyfiyyətinə təsir edən faktorları nəzərə alan didaktik prinsiplərdən biri.
TƏDRİS ALQORİTMİ – ən qısa üsulla istənilən nəticəyə çatmağa kömək edən, real şərtləri nəzərə alaraq fəaliyyətin daha məqsədəuyğun həyata keçirilməsinin yazılı təlimat sənədi. Səmərəli tədrisdə iki əsas T.a. tipi tətbiq olunur: fəaliyyət alqoritmi və axtarış alqoritmi.
TƏDRİSDƏ ƏMƏKDAŞLIQ- müəllim və şagirdlərin demokratik prinsiplər üzərində qurulmuş, həm müəllim, həm də şagirdlər üçün əhəmiyyətli birgə, qarşılıqlı fəaliyyət növü.
TƏDRİSDƏ ƏYANİLİK(lat. illustratio - əyani təsvir, maarifləndirmək) – dərs məşğələlərində ləvazimat, apparat, maket, müxtəlif tədris filmlərinin nümayişini nəzərdə tutur.
TƏDRİSİN TƏŞKİLİ FORMALARI – şagird və müəllimlərin müəyyən qayda ilə uyğunlaşdırılmış fəaliyyətinin ifadəsi: dərs, ekskursiya, ev tapşırığı, məsləhətlər, seminarlar, fakultətivlər, praktikumlar, əlavə tapşırıqlar.
Dostları ilə paylaş: |