NAMİZƏDLİK İMTAHANLARI – elmi və elmi-pedaqoji heyətin attestasiyasının tərkib hissəsidir.
NİTQ MƏDƏNİYYƏTİ - yazılı və şifahi nitqin normativliyi, səlisliyi, leksik zənginliyi, həmsöhbətlərlə mədəni davranış və onlara mədəni cavabın və s. əhatə edir.
NOSTRİFİKASİYA - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi (tanınması) proseduru.
O
ORTA TƏHSİL - uyğun tədris proqramının mənimsənilməsi nəticəsində əldə edilən ümumi və ya profesional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX sinfinədək təhsil) və tam orta (11 illik təhsil) növlər fərqləndirilir. Əksər ölkələrdə natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir.