PEDAQOJİ TƏDQİQATIN MƏQSƏDİ – ped. hadisələrdə səbəb-məqsəd əlaqəsinin və qanunauyğunluğun müəyyənləşməsi və onların əsasında nəzəriyyə və metodologiyanın işlənib hazırlanması.
PEDAQOJİ PROSESİN FUNKSİYALARI – Məqsədyönlü və təşkil edilmiş ped. prosesin yarandığı məqsəd və rollardan ibarətdir. P.p. f.- təhsil (bilik, bacarıq və qabiliyyətlərin, mədəni dəyərlər sisteminin ötürülməsi), tərbiyəvi (təlim-tədris prosesində dəyərlər və münasibətlər sisteminin ötürülməsi), inkişafını (şəxsiyyətin xüsusiyyətlərinin və hadisələrin şüurlu dərki, məntiqi üsul, əməliyyat, mülahizə, məntiqi nəticələr), sosiallaşdıran ( birgə fəaliyyətin nəticəsində təcrübənin əldə edilməsi, ictimai münasibətlər və sos.uyğun davranışın yaranmasında özünü göstərir).
PEDAQOJİ TƏSİR – müəllimin şagird və ya tələbələrin düşüncə, iradə, emosiyalarına təsiri, onlarda tələb olunan keyfiyyətlərin formalaşması və qoyulmuş məqsədlərə müvəffəqiyyətlə çata bilmək kimi bacarıqların yaranması.