PEDAQOJİ DEONTOLOGİYA - 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.
PEDAQOJİ ETİKA–bütöv ped. proses şərtində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. P.e.-nın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks olunmasıdır.