PEDAQOJİ İNVARİANTLAR – dəyişilməyən ped.həqiqətlər. Termin pedaqogikaya S.Fren tərəfindən daxil edilib. O, humanist ped. əsasında 30 invariant prinsip hazırlayıb. Məs: uşağın təbiəti böyüklərin təbiəti kimidir; uşağın məktəbdəki davranışı onun psi.quruluşundan və sağlamlıq vəziyyətindən asılıdır; heç kim ona əmr edilməsini sevmir və s
PEDAQOJİ TAPŞIRIQ – yaranmış ped. vəziyyətin dərki və bu vəziyyətə uyğun qərar qəbulu.
PEDAQOJİ TƏDQİQATIN MƏSƏLƏLƏRİ- ped. tədqiqatın konkret və ya daha dəqiq məqsədləri
PEDAQOJi MƏQSƏD –müəllim və şagird arasında qarşılıqlı əlaqənin nəticəsi, müəllimin düşüncəsində olan və sonradan ped.prosesə təkan verən digər təhsil komponentlərinin formalaşması.