RƏHBƏRLİK STİLİ – rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.
S SAVAD - ədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə - təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir.
SEMİNAR (lat . seminarium - maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq.