PEDAQOJİ TERMİNOLOGİYA- tərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən leksik vasitələr. P.t. –nı bilmək nitqin düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir.
PEDAQOJİ TEXNİKA – müəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi.
R
RƏHBƏRLİK STİLİ –rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.
REKTOR (lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı.
REFERAT (lat. refero – məlumat verirəm) - 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü - avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir.
RESENZİYA (lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir.
REZİDENTURA - tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur.