TƏHSİL PROQRAMMI (KURİKULUM) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi.
TƏHSİLİN STANDARLAŞDIRILMASI- eynitipli təhsil müəssisələrinin fəaliyyətinə dair vahid tələblərin müəyyənləşməsi
TƏHSİL STANDARTLARI - 1) tədris fənni üzrə son nəticələrin göstərildiyi əsas sənəd. Hər bir təhsil pilləsi üzrə tərtib edilir. Standartın strukturuna daxildir: təhsilin məqsəd və vəzifələri, termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin yoxlanması texnologiyası. 2) tədrisin demək olar ki nüvəsi- tərkibinə daxildir orta məktəb təhsilində nəticə əldə etmək üçün olur. Təhsilin məzmununun optimal minimumunu göstərir.
TƏHSİL SİSTEMİ- müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət standartlarının qarşılıqlı əlaqəsini cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə malik olan təhsil müəssisələrini şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. T.s-nin növü ölkənin sos-iq inkişaf səviyyəsindən, siyasi rejimindən, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən olunur.