TYUTOR - ali təhsil müəssisəsində akademik məsləhətçi.
V VALEOQOLİK TƏHSİL VƏ TƏRBİYƏ (lat. vale – sağlam ol) – təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək. V.t və t-nin əsasında mənəvi, fiziki, cinsi tərbiyə vasitəsilə sağlam insanın formalaşması konsepsiyası, psixi özünüidarəetmə, gigiyenik, fizioloji, ekoloji, və tibbi biliklərin verilməsi durur.
VAHİD TƏHSİL MƏKANI- dövlət və ictimai təşkilatlar vasitəsilə vahid təhsil səviyyəsinin (standart) təmin olunduğu ərazi(region).