Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


- قالُوا لَئِنْ لَمْ تَنْتَهِ يا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ



Yüklə 2,04 Mb.
səhifə106/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   102   103   104   105   106   107   108   109   ...   159
- قالُوا لَئِنْ لَمْ تَنْتَهِ يا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ (*) قالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقالِينَ (*) رَبِّ نَجِّنِي وَ أَهْلِي مِمَّا يَعْمَلُونَ (*) فَنَجَّيْناهُ وَ أَهْلَهُ أَجْمَعِينَ


Qurani-kərim:
- (Adəm və Həvva:) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!”- dedilər."1
- Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!" (Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!" 2
Hədislər:
580. Allahın rəsulu (s): Cəbrayıl mənim yanıma gəlib, dedi: "Ey Məhəmməd!... De: İlahi! Ey əzəmətli nurun sahibi! Ey möhtəşəm kürsünün maliki!... Dostlarına və sənə itaət edənlərə bəxş etdiyin kimi, mənə də, (lütf və mərhəmət) əta et! Çünki mən də sənə iman gətirmişəm və sənə təvəkkül edirəm. Sənin dərgahına tövbə edirəm və qayıdış sənə doğrudur. Bütün yaxşılıqları mənə, həyat yoldaşıma və övladıma qismət et. Bütün pislikləri məndən, həyat yoldaşımdan və övladımdan uzaq tut. Sən mehriban və bəndələrinə nəvaziş göstərənsən. Sən yerləri və göyləri yenidən yaradansan."3
581. Allahın rəsulu (s): İlahi! Dünya və axirətdə, Sənin məni əfv etməyini və əmin-amanlıq bəxş etməyini istəyirəm. İlahi! Dinimi, ailəmi və mal-dövlətimi əmin-əmanlıqda saxla və bizi əfv et. İlahi! (Eyiblərimin) çılpaqlıqlarını ört və qorxularma əmin-əmanlıq bəxş et. Məni qabaqdan, arxadan, sagdan-soldan və başımın üzərindən qoru, mühafizə et. Ayağımın altından yerə gömülməyimdən, Sənə pənah aparıram!1
582. İmam Sadiq (ə): Atam belə dua edərdi: "İlahi! Əzab və bədbəxtliyə düçar olmaqdan, düşmənlərin danlağından Sənə pənah aparıram. Kasıblıqdan və hər bir yükdən Sənə pənah aparıram. Həyat yoldaşımın, övladlarımın və mal-dövlətimin pis gününü görməkdə, Sənə pənah aparıram."2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin